Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gülnar

Gülnar
@hsynva_gulnar
Memento mori. Fani olduğunu,bir gün öləcəyini xatırla və indi yaşa.
Azərbaycan dili və ədəbiyyatı müəllimi
Bakı Dövlət Universiteti, Filologiya fakültəsi
Bakı
Bakı, 12 Ekim 2001
179 okur puanı
Ocak 2021 tarihinde katıldı
Reklam

Okur Takip Önerileri

Tümünü Gör
Reklam
Dərd eləmə bir dənəm, bütün cahan düzülə Qoymaram ki, ümidim, əlim səndən üzülə. Üzümdən, ətəyimdən qan süzülə-süzülə, İzindən öpə-öpə gəlib taparam səni. Ötürdüm hər bəlanı, gəlib çatdım son yerə Sən ey zirvələr quşu, bircə dəfə qon yerə Parçalansam yüz yerə, min yerə, milyon yerə, Bilirsən ki, yenə də sevər hər param səni Əvvəlimiz zərrələr, ilkinimiz balıqsa, Bizdən sonra dünyaya beş-on sümük qalıqsa Hər tərəf uçurumsa, hər yan xarabalıqsa, Hara qaçırım səni? Hara aparım səni? Gəlmirsə məndən sənə bircə cığır səbir elə, Əlini aç göylərə məni çağır, səbir elə Mən dedimsə gələrəm əvvəl axır səbir elə, Səbrindən dözümündən gəlib öpərəm sənin. Qolların ömür yolum, uzat sinəmə sarı Uzat başına dönüm, sarıl ömrümə sarıl Sənsiz bir ömür yarı, həyat yarı, can yarı Mən bu ruhdan bu candan necə qoparım səni?
Reklam
Darıxarsan mənimçün, Qış qapını kəsəndə, Soyuq məhəllələrdən, Evinə tələsəndə. Çatar çatmaz evinə, Qapını bağlayarsan, Yastığı qucaqlayıb, Oturub ağlayarsan. Deyərsən darıxmışam, Kimsə duymaz səsini, Səsin çıxmasın deyə, Tutarsan nəfəsini. Boğularsan elə bil, Kinində, qəhərində. Nakam məhəbbətlərin, Ayrılıq şəhərində.
Darıxarsan mənimçün, Qış qapını kəsəndə, Soyuq məhəllələrdən, Evinə tələsəndə. Çatar çatmaz evinə, Qapını bağlayarsan, Yastığı qucaqlayıb, Oturub ağlayarsan. Deyərsən darıxmışam, Kimsə duymaz səsini, Səsin çıxmasın deyə, Tutarsan nəfəsini. Boğularsan elə bil, Kinində, qəhərində. Nakam məhəbbətlərin, Ayrılıq şəhərində.
-Sən çox gözəl qadınsan, həm də sevgi dolu birisən. +Bunu hardan bilirsən? -Ağlaya bilməyindən. +Ağlamaqdan zəhləm gedir! Balaca uşaq kimi elə hey zırıldayıram! -Belə düşünməməlisən. Ağlamaq içindəki bulanıqlıq yaradan bütün toz torpağı yatışdırır. Gözəl güllər aça bilmək üçün bitkinin kökü hər zaman nəmli olmalıdır. +Sən lap şeir kimi danışdın) -Ancaq şeirə dəyən qadınlar üçün...
Sərxoşun şeiri
Gözünə girərəm gözündən ötrü, Qorxursan görərlər, görüşə gəlmə. Yaman darıxmışam səsindən ötrü, Zəng eylə danışaq bir-iki kəlmə. Könlümə, ruhuma əziz bilmişəm Qəlbimi köksümdən alan sözləri. Müqəddəs bilmişəm, təmiz bilmişəm Mənə danışdığın yalan sözləri... Gözümdə o qədər ucasan, uca, ... gözlərim qaralır, əllərini ver. Belə ucalıqda alışmaq olar, Belə ucalıqda yaxılmaq olar. Nə qədər hündürdü oturduğun yer O qədər əzabla yıxılmaq olar... ...sənin sağlığına bu son badəni, Qədəhimə süzmə, süz ürəyimə. Hər dəfə gözümdən salırlar səni, Salırlar, düşürsən düz ürəyimə... Anar Həbiboğlu
68 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.