Mira Rizvanova

Mira Rizvanova
@httpsmiiraa
Puan vermedi·208 syf.··
2023 12. kitabı
·
9 günde okudu
·
Okunma: 16 Mart 2023 15:25
Bu gün sizlərə çoooox bəyəndiyim bir kitab haqqında yazacam: Ray Bradbury qələmindən “Fahrenheit-451” 10/10 Kitab bir distopiya nümunəsidir. Yəni, hadisələr min illər sonrakı bir dünyada baş verir. Hansı ki, artıq evlər yanmır, yanğınsöndürənlər isə yanğın söndürmək yerinə, yanğın başladırlar, kitab olan evləri yandırırlar…Bu kitabdakı ilk özək məsələdi. Mənim fikrimcə, ikinci özək məsələ isə bütün divarı tutacaq böyüklükdə televizorların olması, insanların bu televizorları “ailə” adlandırmasıdı. Gəlin kitabın yazıldığı dövrə qısaca nəzər yetirək, 1953-cü il, Amerikada televizor və radiolar sürətlə yayılır, artıq hər evdə var və insanların həyatının önəmli bir hissəsinə çevrilir… Yazar bundan təsirlənərək, illər sonra heç kəsin kitab oxumayacağı, düşünməyən, “xoşbəxtlik” uğruna yaşayan bir cəmiyyəti, həyatı təsvir edib bizlər üçün. Həmçinin insanları cahilləşdirməyə yönəlmiş totalitar bir rejim var, insanlar sevgi, mərhəmət kimi hissləri xatırlamırlar artıq. Guy Montag, baş obrazımız da bu dünyada yaşayan bir “yanğınsöndürən”dir. Bir gün Clarisse adlı bir qızın “Mutlu musun?” deyə sual verməsiylə bütün həyatı dəyişir… İnanın, bu kitab haqqında o qədər uzun-uzun danışa bilərəm ki) Yaşatdığı hisslər bambaşqa idi mənim üçün. Ən, ən gözəl düşünülmüş şey isə məhz obrazların adlarıdı :) Montag bir kağız firmasının adıdır, Fabel isə qələm.Əgər kitabı oxumusunuz bu ayrıntını niyə bu qədər çox sevdiyimi anlamış olarsınız) Qısaca, yazar bizə deyir ki: “ Kitapları yaka bilirsiniz ama fikirleri asla” … Mənə görə bu kitab mütləq oxunması lazım olan kitablar arasındadır
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,4bin okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
10/10
·126 syf.··
Beğendi
·
2022 14. kitabı
·
25 saatte okudu
·
Okunma: 04 Temmuz 2022 21:46
Hardan başlayım heç bilmirəm düzü,amma Lennie oxuduğum ən yaxşı kitab obrazlarından biri oldu,unutulmaz oldu mənim üçün :) Kitab cəmi 110 səhifədi,bir günə bitirə biləcəyiniz qədər də axıcıdı əmin olun.Amma,o qədər incə,o qədər gözəl mesajları var kiii) İndi verəcəyim alıntı belə bəs edəcək nə dediyimi anlamanıza: “İnsanın iyi olmak için akla ihtiyacı yoktur” Kitabda dostluq,irqçilik,məsumiyyət,yaşadıqları dövrdə insanların səfil həyatı və daha bir çox məsələlərə toxunulub. Ümumi məzmunu haqqında isə qısaca belə deyim: George və Lennie çox yaxın iki yoldaşdı.Lennie’nin biraz axmaqdı.Bu iki obrazımız birlikdə işləyirlər.Çox qəşəng bir xəyalları var :) Həmin xəyalı gərçəkləşdirmək üçün nə uğruna olursa olsun gərək pul toplayalar.Sonu həqiqətən hüzünlü idi,hətta mən dönüb başdan oxudum o hissələri. Oxumayanlar üçün mütləq oxuyun deyəcəyim kitablardan oldu Ps.Kitabın ilk əlyazmasını yazarın iti parçalıyıbmış)) Və belə bir şey rastıma çıxdı ki,Lennie əslində həqiqi həyatdan götürülmüş bir obraz imiş.Vəə Steinbeck bir müddət həmin bu hadisələrin baş verdiyi şəhərdə yaşayıb,işləyibmiş :)
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023211,9bin okunma
7/10
·198 syf.··
Beğendi
·
2022 13. kitabı
·
9 günde okudu
·
Okunma: 03 Temmuz 2022 09:37
İlk olaraq onu deyim ki,kitabın adıyla özünün bir əlaqəsi yox idi.Bəlkə də,var idi amma mən başa düşə bilmədim) Deməli,kitabımız əsas obraz olan Holden’in yenə məktəbdən atılmasıyla başlayır.Elə onun düşüncələrini,başına gələnləri onun diliylə oxuyuruq.Holden çox şeyləri,hətta demək olar ki heç nəyi bəyənib,sevə bilməyən,özünü heç yerə aid hiss etməyən,amma bir o qədər də ağıllı,17 yaşlı,amma 190 boylu və bir çox ağ saçı olan gəncdi))O qədər ağıllı və düşüncəlidi ki,insanların ikiüzlü,lovğa,dəyərsiz bütün tərəflərini görə bilir və elə buna görə də hər kəsdən qaçır.Balaca bacısını çox sevib,onla xoşbəxt olması,məncə masumiyyət axtarışında olduğu mənasına gəlir.Başına gələnləri yazmayacam,oxuduqca görərsiniz, amma kitabın sonunda rahat nəfəs aldım Kitabı sevib-sevməmək məsələsində isə qərarsızam.Mütləq bunu oxuyun deyəcəyim bir kitab deyil,amma çox dəyərli mesajları var idi.Oxusanız,müzakirə edərik :)
Çavdar Tarlasında ÇocuklarJ. D. Salinger · Yapı Kredi Yayınları · 202171,3bin okunma