Deyir göydə bağçalar var,
Orda çiçəklər nur saçar.
İnsan mələk kimi uçar
İstəməm, masaldır onlar.
Mən vuruldum yalnız sana,
Vətən! Ah, sevgili ana!
Dün bir quş gördüm yaralı,
Düşmüş yurdundan aralı
Dişlərdi köksünü çalı,
Söylərdi san hər məalı:
Vəhşi qartal qıydı mana
Vətən!... Ah, sevgili ana!..
Ah Cavid Ah