"Bu xalq həmişə özünə qurban axtarıb, versin qabağa və məhvini izləsin. Bunu dərk edən bu yoldan çəkinir, etməyən də şam kimi əriyib məhv olur. Özünə çoxlu düşmən, hər yerdə ögey rəftar, işsizlik və kimsəsizlikdən başqa qazandığı bir şey olmur. Heç yerdə də saya salıb adam yerinə qoymurlar. Bir də gözünü açıb görür ki, itirdiyi qədər itirib və ətrafında heç kim qalmayıb."
"Elimi, ayağımı zincirle istersen, karanlık zindanlara indir beni, ama düşünceme asla zincir vuramazsın. Çünkü o, uçsuz bucaksız göklerde dalgalanan rüzgar gibi özgürdür."
"Azərbaycan xalqı otuz ildir yetimdir, başsız qalıb ortalıqda. Özünə lider deyib xalqı quru yurdda buraxanlara görə bu gündəyik, xalq da haqlı olaraq heç kimə bel bağlamır."
"Elçibəy mənim üçün təmizliyin, paklığın simvoludur. Əsl xalq adamı idi. Allah qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun.
Heç vaxt xalqın malında, mülkündə gözü olmayıb. Heyif, camaat belələrinin qədrini bilmir..."