Amerikalılar dünyaya bir çox yeniliklər bəxş edib .Bunlardan ən başlıcası və ən heyrətamizi isə ləyaqət hissi olmayan yoxsullar ordusu idi. Onlar bir-birlərini sevmirlər ,çünki onlar özlərini sevmirlər.
Bakı böyüyürdü. Binaları, pulları, əlaqələri... Bakı meqapolisə çevrilirdi. Və Bakının insanları cılızlaşırdı bununla. Bu qədər bahalı maşın bu qədər varlı adam necə bölüşəcəkdi bu kasıbların çiynini? Bu kasıbların kürəyini neçə varlı tapdalaya bilərdi, görəsən? Bakıda iki cür insanlar var idi, heç nə etmədən hər şeyi olanlar və hər şey edərək heç nəyi olmayanlar. Mən, yəqin ki, bu bölüşmədə ikinciyə aid idim. Mənim heç nəyim yox idi.
Bəzən "əlvida" deyib gedirsən, ancaq sonradan necə olursa, qayıdıb gəlirsən. Hərdənsə gedəndə "hələlik" deyirsən, ancaq bir də heç vaxt geri qayıtmırsan.