Vampirlər oxumağı da, izləməyi də ən sevdiyim "obrazlardır".
Bu janrın yaradıcısından, vampir mövzusuna aid ilk əsəri oxumuş olmaq ayrı bir zövqdür. Özündən sonrakı ədəbiyyatın ilham mənbəyi olan Polidori əslində bir həkim idi və bu əsər də "Don Juan" əsərinin müəllifi olan Lord Bayron şəxsi həkimi vəzifəsində çalışarkən Tabora yanardağının partlaması ilə qonaq getdikləri bir evdə məcbur qaldıqları gecələrdən birində yarandı. Mary Shelleyin də aralarında olduğu bu qonaqlar qorxu janrənda önrmli yer tutan hekayələr yazmağa başladı.
Daha sonrakı dövrlərdə Bayronla araları pozulan Polidorinın sağlamlığı pisləşir. Yazmış olduöu Vampir hekayəsini bir dostuna əmanet eden yazar əsərinin John Bayronun imzası ilə çap olunduğunu bilib hiddətlənsə də maddi və sağlamlıq problemləri ölümü tezləşdirir.
Polidori vampirliyi bir məhkumluq adlandırırdı. Deyilənə görə Lord Ruthven obrazını yazarkən məhz Bayronu təməl alıb.
Kitab gözəl giriş və önsözdən sonra başlayır.
Mövzu: Valideynlərini kiçik yaşda itirmiş, bacısı ilə yaşayan Aubrey Lord Ruthven ilə tanışır. Birlikdə səyahətə çıxan ikili arasında soyuqlu yaranır və Lordun qəribəliklərini görən Aubreyin başına gəlməyən qalmır....
21.08.21 21:47
23.08.21 19:37