Salam, mənim Balaca Qara Balığım! Sən hara, bura hara?
- Dünyanı səyahətə çıxmışam...
- Dünya çox böyükdür, sən hər yeri gəzə bilməzsən.
-Eybi yoxdur, bacardığım yerə qədər gedəcəyəm
Daha bu yorucu həyatı davam etdirmək istəmirəm. İstəmirəm ki, bir də gözümü açanda görüm sizin kimi qocalmışam, özü də göz-qulaqları bağlı balıqlar kimi qalmışam.
Bilmək istəyirəm görüm həyat elə bir qarış yerdə oyan-buyana gedim qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünyalar da mövcuddur?
Amma təbiətdə elə rəng və fiqur vəhdətləri, rənglərin, formaların elə biçimləri var ki, biz tablolarımızı işlədikmi, bəxtsizliyimizdəndir, ya nədəndirsə, natamam bir şey kimi görsənir.
sevdiyin qadının əlini qəlibdən çıxarır və qarşına qoyub baxırsan, onu heç bir bənzəri olmayan çirkin bir cəsədlə qarşılaşdırırsan. Sən sevdiyin qadının əlinin oxşarını eynilə yaradan birisi olmamalısan, sən özündə möhtəşəmliyini, canlılığını göstərməyə çalışan, mərmərlə işləyən sənətçinin qələmini axtarmalısan. Geriyə qalan isə əşyanın, canlı varlıqların mənasını, ruhunu, görünüşünü anlamaqdır.