İsmayıl

Heç anlamazdım dünyanın yaman cəfasın, Neynək qismət deyilmiş, mən çəkəm səfasın. Məqsədsiz sürülmüş ömür bada gedərmiş, Məntəki aciz insanlar əlindən dünya dayansın. Məni dəli sandı naqis insan, qoy elə baxsın, Musiqini duymayanlar rəqs edəni dəli sansın. Xudu səbr et, qovuşarsan haqq dünyasına, O zaman tabutun da günahlarınla yansın.. #17.08
Etimoloji Defteri
Mücellit Nedir ?
Nə fərqi var yazanın o qəzəlləri? O qəzəllər ki, aşkar edir dərin hissləri, Hisslərdir yazmağa vadar edən bizləri, Yazanın nə fərqi? Yazdıran hisslərdir.. 19.11
Bu gün də bitdi. Bir daha heç vaxt bu günü yaşamayacaqsan təkrarən. Bu gün də nələrisə edə bilmədin və ya yarımçıq qoydun. Bu gün də o ümid bağladığın şey gerçəkləşmədi. Bu gün də qaçdın zamanın axınında. Yoruldun, amma bu günlük yoruldun sadəcə. Səhər yenə tam enerji ilə oyanacaqsan. Yarım qoyduğun hər işini tamamlamaq üçün. Əllərini aç Rəbbinə dua et. Arzularını tamamlaya bilmək üçün və bugün üçün də şükür etməyi unutma. Axı dünəndə bugünə ehtiyacın vardı yarımçıqlarını tamamlamaq üçün...✨🌗
Ey gül səni kim ayrı salıbdır çəmənindən? Aç gizli müəmmalı o qönçə qədəmindən. Cənnət sözünə xəlqidə rəğbət azalıbdır, Çənnətdəki hurilər səni rəğbətlə anıbdır. #11.03
Mən bilməm nədən yazıldı bu qəzəl, Bu sözlər də olubdur zərrənə bədəl. Hər zərrən yazmağa vadar edəndir, O solan çiçəklər səntəki beytül xəzəl. Dinsizlər səni görcək tövhididi-müfəzzəl, Harda var, bu qədər müqqədəs əməl? Qara geyim üsdündən, o bəyaz hicab, Gözəlliyinə gözəllik qatıb ay gözəl. 19.05/21:23