İsmayıl

Reklam

İsmayıl

, bir kitap okudu
Puan vermedi·96 syf.·
5 günde okudu
·
2024 8. kitabı
Stefan Zweig
7.2/10 · 19,1bin okunma
Hərşeydən xəbərsiz, qayğısız, ən gözəl uşaqlıq illərimin keçdiyi Bakı. Küçələrinin dar, işıqsız olmasına baxmayaraq, küçələrində oynamağı sevərdik. Səhər küçəyə çıxar bir də axşam alatoranlıqda qayıdardıq. Tək dərdimiz digər məhəllənin uşaqları ilə aramızda qurduğumuz futbol çempionatı idi. Uşaq idik, pak, mənsum, gülərüz. Hər adgünümüzdə üflədiyimiz tortun şamları dənə-dənə artdıqca biz də dilədiyimiz böyümək arzusuna çatırdıq. Arzumuz böyümək, böyük olmaq idi. Onsəkkiz yaşımın tamamını diləyirdim hər ad günümdə. Zamanla bu küçələr bir hazırlıqdan çıxıb digər hazırlığa təngi nəfəs qaçmağıma da şahid oldu. Universitetə qəbul olmağıma da. İşə qəbul olub, gecənin doqquzunda işdən evə qayıtmağıma da. O küçələr ki, o vaxtı qayğısız uşaqlıq illərimi keçirtmişdim, indi hər addım atdığımda həyatdakı yaşanmışlıqlarımı xatırladır. Küçəylə irəlilədikcə, üsdümə gələn topu görürəm, bir də “Əmi topu at da” cümləsini eşidirəm. Yadıma düşən isə o olur ki, bir vaxtı özüm dediyim cümlədə, artıq yaşlanıb əmi olan özüməm. Kaş uşaq olaydım, üzümdəki gülüşüm solmazdı, kaş həyata o uşaq gözlərimlə baxardım, kaş həyatın necə çirkab dolu məkan olduğunun fərqinə varmaz, kaş duyğularımın savrulmasına imkan verməzdim. Saymaqla bitməyəcək kaşlarım var..
Heç anlamazdım dünyanın yaman cəfasın, Neynək qismət deyilmiş, mən çəkəm səfasın. Məqsədsiz sürülmüş ömür bada gedərmiş, Məntəki aciz insanlar əlindən dünya dayansın. Məni dəli sandı naqis insan, qoy elə baxsın, Musiqini duymayanlar rəqs edəni dəli sansın. Xudu səbr et, qovuşarsan haqq dünyasına, O zaman tabutun da günahlarınla yansın.. #17.08
Nə fərqi var yazanın o qəzəlləri? O qəzəllər ki, aşkar edir dərin hissləri, Hisslərdir yazmağa vadar edən bizləri, Yazanın nə fərqi? Yazdıran hisslərdir.. 19.11
Reklam