İsmayıl

Öpək,qoxlamağ da deyil. Fərgli cür sevənlərdə var. Rəsmini sevənlər var məsələn. Şəkilinə baxıb,üzünün hər cizgisini əzbər öyrənə biləcək, əslində heç sonunu bilməyən bir hekayənin hər gün başlanğıcını yazmağa çalışan, gecələri yatmaqları mümkün olmayan duyğusal insanlar var.Telefonunun ekranına və ya ovucunun içi boyda olan bir rəsminə baxaraq yuxuya gedən, aralarında hər məsafəyə rəğmən bir birilərin daha çox sevən insanlar var.Məsafələr metrlər və kilometr ilə görsədilən sadə bir rəqəmdir əslində, sizi birini qoxlamaqdan ən uzağ salan bir rəqəmdir,amma əsla sevməkdən uzağ sala biləcək qədər böyük bir rəqəm deyil.
Etimoloji Defteri
Mücellit Nedir ?
Bəzən.. İçində tüğyan edən tufanları görməzdən gəlirsən. Bəlkələrlə günü günə bağlayırsan, amma bir gün hərşey üçün gec olduğunun fərqinə varırsan. Olacağı var idisə olmayacaqlardan, yaşanacağı varkən yaşamayanlardan olursan. Günahlandırdığınsa həmişəki kimi özünsən, digərlərini günahlandıra bilməzsən axı. Bir də özünün belə qəbullanmaq isdəmədiyin hisslərin olur, adı olmayan, sadəcə gözünün ucu ilə baxmağa vadar edən hisslərin..
Sən bir rəssamın çəkə biləcəyi ən gözəl tablosan, rənglərinlə ovsunlayırsan aləmi. Sən bir şeirsən hansı ki, hər sətirində gözəlliyini ifadə edib, sən əslində bir gülsən hansı ki,mükəmməlliyin hər zərrəsi ilə dalıb o gülün qoxusuna..
Yadıma düşür 17 yaşım olardı abituriyentəm hazırlıqdan çıxmışam gecə saat 00:24 olardı, şimşək çaxır yolu su götürüb ayağımda ağır patinka çiynimdə ağır sumka başımı aşağı salıb yolun qırağındakı səkiynən gedirəm.Gec çıxmışam deyə hazırlığdan avtobus da yox idi.Yol ilə 2km gəldim imtahana az qalıb ancaq düşünürəm görəsən imtahanı necə verəcəm? Universitetə daxil olacam? Görsən kəsilməyəcəm? Görəsən yaxşı ixtisasa daxil olacam öz ixtisasıma? O qədər düşündüm yağışda bir tərəfdən yağır şimşək çaxır axırda düzünü deyəcəm oturdum səkidə əlimi açdım göyə başdadım dua etməyə, "Allahım sən mənim nə əziyyətlər çəkdiyimi yuxusuz qaldığımı görürsən sən mənim əziyyətimi yerdə qoyma" deyə. Ondan sonra bu vəziyətdə uzandım başladm göyə baxmağa yağış üzərimə yağır mən amma özümü hüzura buraxmışdım.20 dəqiqədən sonra durdum ayağa başladım yola gəldim evə çatdm ayağımdan başıma kimi suyun içindəyəm, amma yatmaq yox hazırlıqları yazmaq lazım idi, uzun sözün qısası imtahan oldu universitetə sevdiyim ixtisasa daxil oldum, amma indi anlayıram ki, həyatım 17 yaşım olanda daha mənalı idi. İndi üzərimdə imtahan stresi olmaya bilər, amma həyatın yükünü daşıyıram sanki...
Kəpənəklər kənardan necə mükəmməl göründüklərinin fərqində olmazlar. Sən də kəpənəklər kimisən..🦋