Qısqanar göz bəbəyim düşsə günəş ay simana
Fırlanıb çevrənə, hərdən qaçıram asimana.
Elə cür fırlanaram, yer utanar, fırlanmaz,
Gərək ondan sonra dünya dayana, yer dayana.
Həsrətin eşqinə kibrit kimi yandımsa əgər,
Sənə fərq eyləməsin yer də yana, göy də yana.
Yıxa bilmirdik hörüldükcə məhəbbət divarı,
Yıxılırdıq, gözəlim, sən o yana, mən bu yana.
Sağalardım, qanayan dizlərimdən öpsəydin,
İndi oğlun qanayır hər dəfə, hər yandan, ana.
Tanrı gördükcə mənim zülmümü, rənglər dəyişə,
Göy üzü gözlərinin rənginə birdən boyana.
Nədən a'ciz qaldımsa, onu sevdim, yə'ni
Aşiqəm bir səsinə, laylaya, bir də əzana.
Mən sənin həsrətinin aşiqiyəm, bir də saçlarının,
Həsrətin ömrü uzandıqca saçın tək uzana...
Həsrət hərdən yuxudu, həm varıdı, həm yoxudu,
Buraxaq hər şeyi gəl, sən zamana, mən də sənə.
#22.02