Hardasa gecənin bu saatlarında,
Yuxum ərşə çəkilir, oluram pərişan.
Səni mən görəndən inan ki, hər an,
Qəhərli ollam gecənin bu saatlarında.
Kişilər ağlamaz axı, söylə “bir dayan!”
Dayan heç ağlayıb, yanma hicran odunda,
Ağlayan mən deyiləm yol çəkən gözüm,
Hey səni axdarır gecənin bu saatlarında..