Hardasa gecənin bu saatlarında,
Əhvalım dəyişir, gözüm yol çəkir.
Hicran dünyasına səfər edirəm,
Həsrət ölkəsinə, sözüm yol çəkir.
Hardasa gecənin bu saatlarında,
Bir dəli darıxmaq düşür könlümə..
Bir bilsən səninçün nə vaxt darıxdım?
Hardasa gecənin bu saatlarında.