İsmayıl

İsmayıl

, bir kitap okudu
10/10
·230 syf.·
Beğendi
·
7 günde okudu
·
Okunma: 20 Nisan 2023 13:01
·
2023 7. kitabı
Ülvi Ağa
7.9/10 · 18 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Gözləri sanki qaranlıq okeanlardakı mayaktək parlayırdı. Elə gözəl gözləri vardı ki, hansısa kitabda yazılmış qəzəl və ya şeirlə, hər hansısa bədii təsvir və cılız ifadə vasitələri ilə ifadə olunmayacaq qədər gözəl idi.. Tanrı həyatda qarışımıza çox qadınlar çıxarır, amma sən insan övladısan. Bir incə güldanəsində taparsan sevincini. Onun günəştəki qəlbinə hərarət bəxş etdiyini anlayarsan. Bəlkə də heç onunla aranızda normal dialoq belə qurulmayıb, bəlkə də onu tanımağına şans belə yaranmayıb, fəqət sən onun zərif baxışlarında tapınarsan. O baxışlar ki, onda sevinci görərsən. Bir o qədər də qorxarsan, keçmişdəki həmin kədərli yaşanmışlıqlarının təkrar olunmasından. Gözlərinə belə qorxaraq baxarsan, qəlbində ona olan düşüncələrinin daha dərin hisslərdə yer tapmasından qorxarsan. Sanki baxmırsanmış kimi davranar, amma tanrının o gözəl yaradılış nişanəsinə gizlin uşaq kimi üzünə tutduğun əllərinin arasından baxarsan. Sənki onun üçün hər hansısa məna kəsb etməyəcək qədər sıradan, ilk baxışda sandığı qədər mükəmməl olmayan bir insansan. Neynək deyib, susarsan. Hisslərini isə qəlbində saxlayarsan. Bəs nə zamana kimi saxlayacaqsan fəqir? Bir gün yollarınız ayrılacaq..
Gözəlim gözlərinin həsrəti hər yanda gəzir, Sənsən eşq diyarının şəhzadəsi, mən də vəzir, Vəzirtəki gözlərinə baxmağa yoxdur cürətim, Baxmadığım gözlərinin, aşiqi oldum mən fəqir.. #18.04
Nə fərqi var yazanın o qəzəlləri? O qəzəllər aşkar edir dərin hissləri, Hisslərdir yazmağa vadar edən bizləri, Yazanın nə fərqi? Yazdıran hisslərdir.. 17.04

İsmayıl

, bir kitap okudu
9/10
·214 syf.·
Beğendi
·
6 günde okudu
·
2023 6. kitabı
Aqşin Yenisey
8.5/10 · 29 okunma