Kukla qızlar üçün ən zəruri ehtiyaclardan biri, həm də qızlarda ən gözəl qadın hisslərinin mücəssəməsidir. Oxşamaq, bəzəmək, geyindirmək, soyundurmaq, öyüd-nəsihət vermək, bir az danlamaq, yatızdırmaq, sığallamaq, yırğalamaq, bir şeyin bir kəs olduğunu təsəvvür etmək - qadının bütün gələcəyi bundan ibarət deyildirmi?