Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Morena

Morena
@ineffable_morena
1 okur puanı
Şubat 2024 tarihinde katıldı
Yenə də gözlərin gözümdə qalıb, Gördüyün mənaya qurban olaram. Əgər həqiqətsən, mən həqiqətə, Röyasan, röyaya qurban olaram. Söhbətin şirindi, gülüşün təzə, Saldın ürəyimi eşqə, həvəsə. Sən ayaq basdığın o yola, izə, Çəmənə, səhraya qurban olaram. Çatsın hər muradın başa dünyada, Bir arzun dəyməsin daşa dünyada, Bu dünya gözəldi, yaşa dünyada, Sən olan dünyaya qurban olaram... #NərimanHəsənzadə
Reklam
Hələ qəlbimizdə xatirə izi, Hələ ayrılığın nəmlidir gözü. Hələ ki, sevirik bir-birimizi, Başqa birisini sevə bilməzsən ! Gör, neçə nəğmənin bəstəsi qalıb, Bu ocaq sönübsə, tüstüsü qalıb, Əlimdə əlinin istisi qalıb Başqa birisini sevə bilməzsən ! İncidib qəlbimə deyə bilmirsən, Yolunu biryolluq edə bilmirsən, Mene ” Yox ” sözün deyə bilmirsən, Başqa birisini sevə bilməzsən ! İl keçir, ömürdə xatirə qalır, Bahar güllərimiz qönçədə solur, Hələ ki, gözlərin məni axtarır, Başqa birisini sevə bilməzsən ! Axar, gözümüzün yaşı, qurumaz, Deyirdik, bu ilqar-peyman pozulmaz, Belə sevə-sevə ayrılmaq olmaz, Başqa birisini sevə bilməzsən !