Sən, Cəmiləm, arxana baxmadan geniş steplə getdin. Bəlkə, sən yorulmusan, bəlkə, özünə inamı itirmişsən?Daniyara sığın!Qoy o, sevgi haqqında, torpaq haqqında, həyat haqqındakı mahnısını sənə oxusun.Qoy step rəngdən-rəngə düşsün, dalğalansın!Qoy o avqust gecəsi yadına düşsün! Get, Cəmilə, peşman olma, sən öz çətin səadətini tapmısan!
Bəlkə də, təkcə mən Cəmiləni, öz keçmiş cenemi məzəmmət etmirdim. Nə olsun ki, Daniyarın şineli köhnə, çəkmələri yırtıqdır, axı mən bilirdim ki, mənəvi cəhətdən o bizim hamımızdan zəngindir.Yox, heç inanmırdım ki, Cəmilə bədbəxt olacaqdır.