Adsız

Avtomobildə gedirsiniz, əlli kilometrdən sonra maşın xarab olub dayanarsa, siz gecikməli olacaqsınız. Gecikməmək üçün nə etmək lazımdır? Məqsədə vaxtında çatmaq üçün bir qədər sürəti artırmalı, dayanmaqdan və istirahət etmədən irəliləməlisiniz. Yoxsa, orada oturub “ilahi, səhv eləmişəm” deməklə, məqsədə çata bilməyəcəksiniz. Əgər indi bu səhv baş veribsə, sürəti artırmaqla itirilən o bir saatın yerini doldurmaq lazımdır. Allahın bağışlaması da belədir!
Din
Allahın rəhməti haçana aiddir? Əməl etmədiyimiz, əmrə boyun əymədiyimiz, Allahın qadağan olunmuş məntəqəsinə daxil olduğumuz, ilahi vəzifə və əhdləri unutduğumuz zamana aiddir. Belə hallarda deyirik: “Əməl etmədik, Allah bizə rəhm etsin!” Biz burada əməl etmədiyimizin yerini Allahın rəhmi və rəhməti ilə doldururuq. Quran ayəsi isə bunun əksinədir. Buyurur: “İtaət edin ki, Allahın rəhmətinə şamil olasınız.” Allahın rəhməti bir xalqın öz vəzifəsinə əməl etdiyi zamana aiddir. Bu zaman Allah Ona itaət edən, öz vəzifələrini yerinə yetirən xalqa rəhm edəcək.
Din
Əgər sizin ruhunuzu təmsil və təşbeh məqamında cismə bənzətsək, qurşandığınız hər bir günah ruhunuza zərbə endirir və bir yara əmələ gətirir. Axı, nə üçün deyirik ki, günah ruhu zədələyir? Axı, ruh yüksəlməli, təkamülə çatmalıdır. Günah isə insan ruhunu təkamüldən bir pillə saxlayır. Təmsil və təşbeh məqamında günah yara rolunu ifa edir, insan ruhunda çatlar yaradır. İnsan günaha qurşandıqda, qüsurlara yol verdikdə, Allah eləməmiş, xalqın malını mənimsədikdə, şərab içdikdə, zina etdikdə, yalan danışdıqda, iftira yaxdıqda – bunların hər biri onun ruhunda çatlar yaradır, ruhunu zədələyir. Onun ruhu zədələnib yara bağladığı zaman arzuların sonu olan təkamüldən uzaqlaşacaq; indi isə bu günah bağışlanmaya tuş gəlməlidir.
Din

Adsız

, bir kitabı okumaya başladı
... Yer üzündəki sevinclərimiz puç və əfsanədir. Son məsud təbəssümümüz Tanrıya məxsusdur.
Sayfa 275 - TEAS Press Nəşriyyat Evi·Kitabı okuyor
Alıntı