Adsız

Professor Volfqanq⁵ da bu zəmində Almaniya orta məktəblərinin qız və oğlan şagirdlərinin tərbiyəsi üzrə məsul olan Syurix fəlsəfə kafedrasının müəllimi (1897-1913) Fridrix Vilhelm Fosterin (1869-1966) dəyərli və diqqətəlayiq təcrübələrinə işarə edərək bildirmişdir: "Foster əməli surətdə göstərdi ki, dinsiz proqram sistemində cavanların əxlaqi tərbiyəsi üçün hər növ elmi, təcrübi proqramlaşdırma və səylər səmərəsiz və nəticəsiz işdir." Volfqanq daha sonra əlavə etmişdir: "O öz ömrünün sonuna kimi bu fikirdə qalmışdı ki, yeniyetmələrin mənlik və şəxsiyyətinin düzgün tərbiyəsi yalnız dinlə əqidənin uyğunlaşdırıldığı sistemdə fayda verə bilər." ____ ⁵Almaniyanın məşhur mütəfəkkir və yazıçılarındandır ki, onun tərbiyə və fəlsəfəyə aid əsərləri dünyanın əksər dillərinə tərcümə olunmuş və 250000-dən çox tirajla nəşr edilmişdir. ____________ "İmam Xomeyni Əsri" , səhifə 69
Din ve Hayat
Reklam
Allah mütəaldan bir şeyi istəyəndə verir. Yetər ki, necə istəməyi biləsən... 23.02.26 (03:27)
Hayata Dair
"Vilayət Konsepsiyası, Allahşünaslıq"
İnsan Tanrı ilə ünsiyyət vasitəsilə həqiqi və əbədi aramlığa nail olur və Tanrısız heç vaxt bu dünyadakı qəriblik və tənhalıq hissindən qurtula bilməz, hətta özünü bütün dünya ləzzətləri və əyləncələri ilə məşğul etsə də.
Din (İslam) Felsefe-Düşünce İnsan ve Toplum
"Vilayət Konsepsiyası, Allahşünaslıq"
Həm dünya, həm də axirət səadəti istər fərdi, istərsə də ictimai baxımdan Allaha iman olmadan mümkünsüzdür. İslama görə həyatın bütün sahələri mədəniyyət, təhsil və tərbiyə, əxlaq, mənəviyyat, həyat tərzi, ailə və ictimai münasibətlər, insan hüquqları, iqtisadiyyat, siyasət, hakimiyyət, beynəlxalq əlaqələr, müharibə və sülh Allaha imanla bağlıdır. İnsana dair bu sahələrdə Allahın yaradılışdakı rolu, insanla olan münasibəti və insanın Allah qarşısındakı məsuliyyəti nəzərə alınmadan düzgün və həyata keçə biləcək hər hansı bir tövsiyə vermək mümkün deyil.
Din (İslam) Felsefe-Düşünce İnsan ve Toplum
"Oğlanlar nemət, qızlar isə yaxşılıqdırlar. Allah nemətlərə görə sorğu-sual edər, yaxşılıqlara görə isə mükafat verər." İmam Sadiq (ona salam olsun)
Hayata Dair