Kitabın mövzusu olduqca dəyişkən olsa belə, əsas bazis fikir olaraq insanın azad olmaması və kənar təsirlərdən davamlı olaraq asılı olmasıdır. Kitabın mövzusunu dekonstruksiya etsək, olduqca qeyri-məntiqi düşüncələr olduğunun şahidi olacayıq.
İlkin olaraq insanın maşınla eyniləşdirilə biləcəyini qeyd edilir və necə ki maşını (makine) düzəltdikdə onun əsası yox olmursa, dəyərli şeylərdən dəyərli maşınlar, dəyərsiz şeylərdən isə dəyərsiz maşınlar düzəldilə biləcəyi fikri irəli sürülür. İnsanın maşınla eyniləşdirilə biləcəyi müdafiə olunmayacaq qədər dayaz yanaşmadır, çünki insanın intuitiv bilikləri və irrasionallığı mövcuddur.
İkinci növbədə insanın tamamilə kənar təsirlərdən asılı olması fikri var ki, bu fikir məni həqiqətən olduqca düşündürən mövzulardan biridir. Lakin düşünürəm ki, insanın genetikası da onun sosiallığa olan asılılığı qədər vacibdir, mühümdür. Belə ki, genetik cəhətdən əlverişsiz olan bir iş sosiallıq cəhətdən əlverişli olsa belə baş tutmayacaqdır. Mövzunun çərçivəsini genişləndirmədən bu qeyd etdiyim fakt, insanın tamamilə sosiallıqdan asılı olmadığını, insanın psixobiososial varlıq olduğunu göstərir.
Son olaraq isə kitabın düşüncələr silsiləsində irəlilədikcə, xudpəsənd baş personajımız, hər insanın özünə xas vicdanının olduğunu və hər insanın bütün fəaliyyətlərdə ki motivinin yalnız özünə fayda olduğunu qeyd edir. Burada təzad görünsə də, mövzunu biraz daha dərinləşdirib təzadı nümayiş etdirmək istəyirəm. Əsas personajımız qeyd edir ki, bu daxili motiv hər bir fəaliyyətin bazisi olsa da, o bazisi dəyişdirmək olar. Bazis dəyişdirildiyi təqdirdə isə, motiv, cəmiyyət üçün daha xeyirli olan proseslərlə şərtlənə bilər. Lakin burada 2 təzad özü bizə gün kimi aydın olur: ilk növbədə hər şey sosiallıq ilə şərtlənirsə, istər-istəməz insanda sosialıqla