İsmayıl.

İsmayıl.
@ismayilkhan
Sazına sadece iki tel takmış biri, daha fazla telden çalabilen insanları anlayamaz.
Sayfa 201·Kitabı okudu
İsmayıl. isimli okura yanıt verildi
İsmayıl.
Rəhimə ƏsgərovaRəhimə Əsgərova Übermensch anlayışını və moralist düşüncələrini açıqladığınız üçün minnətdaram, lakin bunu hər iki tərəfin bildiyini öncədən qəbul edərək müzakirəni davam etdirirdim. Ecce Homo əsərində Nitsşe çox gözəl formada özünü tərifləyir. Heç bir filosof “mən düzəm siz səhvsiniz” demir onsuz da, ancaq bunu yazılarında bariz formada gösdərənlər var, Nitsşe də onlardan biridir. İkinci olaraq “Nitsşe xristian əxlaqını tənqid edir və insanın öz dəyərlərini (dolayısıyla əxlaqi kodekslərini) yaratma potensialını dilə gətirirdi” deyə qeyd edirsiz. Mən isə Nitsşe tədqiqatlarımda, Nitsşenin bu induktiv metod ilə özü üçün formalaşdırdığı etik kodeksləri insanlarda da yaratma cəhdini anlayıram. “Bir tərəf təsdiq bir tərəf inkar” deyə bir arqumentimi interpretasiya etmisiz. Lakin orada dediyim bir mövzunu anlamamısız. İnsanlara bir anlayışı izah etmək üçün, özün o anlayışın məğzinə varmalısan. Əgər Nitsşe bunu izah etməyə cəhd edirsə bu o deməkdir ki, Nitsşe bunu bacarıb. Yəni inkar etdiyi şeyi özü aşıb və bunu insanlar üçün təhlil və izah edir. Üçüncü olaraq, “heç bir mütləq həqiqət yoxdur” deyir və sonra öz iddialarını qəti formada müdafiə edir deyirsiniz. Bu da bir nöqtədə mənim tezisimi doğrulayır. Təşəkkür edirəm müzakirə üçün.