Onlar Fabrisionu dostluğa qəbul etmişdilər və indi o, yeni dostları üçün "dünyada hər şeyi" edərdi. İndi o, bütün ruhuyla göyün yeddinci qatındaydı. O, özünü dostların əhatəsində hiss elədiyi andan ətrafda hər şey dəyişmişdi. Onlarla danışmaq, suallar vermək arzusuyla alışıb-yanırdı.
Bilin ki, həyatda nələrəsə nail olmağınıza yalnız zərif cinsin nümayəndələri yardım edə bilər. Kişilərlə söhbətiniz heç vaxt tutmayacaq, çünki, içinizdə atəş çoxdur, bu da onların ruhsuz qəlblərini rahatsız edir.
Onun məhəbbəti getdikcə alovlanır, az qala ağlını itirir və başına bir güllə çaxacağını deyirdi; cəhənnəmin mövcudluğuna inanan ölkələr üçün bu arzuolunmaz qərar idi.