Nurlan

"Ensiklopediya"nın və Volterin köhnə Fransada qasırğa qopardığı əlli ildə keşişlər sadə Milan xalqının beyninə yeritməyə çalışırdılar ki, oxuyub savadlanmaq, ümumiyyətlə, nəsə öyrənmək boş yerə çəkilən zəhmətdi. Bütün bunların əvəzində keşişə müntəzəm desyatin verən, xırda günahlarını belə gizlətmədən ona danışan adam cənnətə gedəcəyinə əmin ola bilər.
Sayfa 7 - Şərq-Qərb Nəşriyyatı·Kitabı okudu
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Bizə də qismət olsun
Amma onlar bu diktatorların heykəllərini devirəndən dərhal sonra hamının ruhunu bir işıq seli bürüdü.
Sayfa 6 - Şərq-Qərb Nəşriyyatı·Kitabı okudu
1796-cı il mayın 15-də bütün xalq bir zamanlar ehtiramla yanaşdığı hər şeyin necə mənasız, hətta iyrənc olduğunu gördü.
Sayfa 6 - Şərq-Qərb Nəşriyyatı·Kitabı okudu
8/10
·72 syf.··
2026 3. kitabı
·
11 günde okudu
·
Okunma: 10 Şubat 2026 21:23
Kitabla bağlı uzun bir fikir yazmağa ehtiyac yoxdur, çünki Tahsin Yücel Ön Sözündə kitabı çox yaxşı analiz edib. Onun da dediyi kimi ilk yazdığı bu kitab sonrakı əsərləri və düşüncələri üçün baza rolunu oynayıb. Mən sadəcə Taunu oxusam belə, digər kitabları barədə də az-çox fikrim var: Sisifos Söyleni-ndə Sisofosun hekayəsi olsun, Yabancı kitabına əsasən çəkilmiş Yazgı filmi olsun, - bunlar vasitəsilə fikirlərini təxmin etmək mümkün olur. Eyni zamanda Tahsin Yücel də Öz Sözdə Sisifos Söyleni ilə bu kitab arasındakı bənzərlikləri bizə göstərib. Bu kitab daxilində yazıçının yazdığı bir sıra esselər mövcuddur: Hə ilə Yox arasında, Ruhda Ölüm, Tərsi və Üzü və s. Bəzi başlıqlardakı yazıları mənə çox qarışıq gəldi, əslində nə demək istədiyini çox yaxşı anlamaq olur, amma istifadə edilən sözlər bir az oxumanı yavaşladırdı. Bu kitabında ən çox hiss olunan "iqlim ədalətsizliyi" idi. Yazıçıya görə dünyada bir çox ədalətsizliklərdən bəhs edilsə də, iqlim ədalətsizliyindən bəhs edilmir. Onun Əlcəzairin isti iqliminə, Günəşinə olan sevgisini görürük, Aralıq dənizi sahilindəki İspaniya, İtaliya kimi ölkələrə səfəri zamanı da Aralıq dənizi iqliminə olan heyranlığı da gözlər önündədir. Eyni zamanda Praqaya səyahətində biz onun narahatlığını görürük. O Əlcəzairdə yoxsul həyat sürsə belə, bu onu narahat etmirdi. Lakin Praqada o buludlu havalarda pulunun bitməsindən narahat idi və dostlarının onu xilas etməsini səbirsizliklə gözləyirdi. Eyni zamanda yoxsulluq da burada öz əksini tapırdı. Lakin bu yoxsulluğun onun üçün o qədər də dəhşətli olmamasının səbəbi Əlcəzairin iqlimi idi. Sadəlik, açıq fikirlilik kimi mövzuları da yazılarında görmək olur. Onun fikrincə biz insanlar həyatda dərin mənalar axtarırıq, amma həyat o qədər də dərin deyil, əslində hər şey çox sadədir. Xoşbəxtlik
Tersi ve YüzüAlbert Camus · Can Yayınları · 20147,1bin okunma