2022-ci ilin ilk kitabıİmtahan sessiyası ilə əlaqədar olaraq fasiləli şəkildə oxudum və hər kəsə oxumağı məsləhət bilirəm.Oxuduqca hey özümə"kaş bitməsə"deyəcək qədər çox sevdim.... Kiçik yaşlarından ailəsini bir cinayət səbəbindən itirmiş, xalqın zəhmətkeşlər cəbhəsinin nümayəndəsi Yusifin həyatından bəhs edən əsərdə hadisələr insanı özünə o qədər bağlayır ki, oxuyarkən göz yaşları tökməmək, özünü o hadisələrin şahidi kimi hiss etməmək mümkün deyil.Əsərdə dövrün eybəcərliyinin qurbanı olmuş Yusifin sevgi macərası ön plana çəkilir və sonluq sevən gənclərin faciəsi ilə tamamlanır.