Lumu İspəndiyarzadə

Lumu İspəndiyarzadə
@ispandiyarzada_
Bir qadını ağlatmaq çox çətin deyil. Qadınlar hər şeyə ağlaya bilərlər, bir filmə, bir mahnıya, bir yazıya.... Bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə çatıb demək.
Aziz Nesin
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Ülviyyə Tahirin qələminin əsrarəngiz nümunəsi olan "Şükriyyə Taleyim"tarixi romanı bugünədək oxuduğum romanlar içərisində mənə ən çox təsir edəni oldu fikrini israrla söyləyə bilərəm. Çoxsaylı ədiblərimizin həyatına da toxunulan bu romanda bədii təsvir və ifadə vasitələrindən o qədər məharətlə istifadə olunub ki,bir səhifəni dəfələrlə oxumaq eşqi gəlir insan qəlbindən. Romanın əsas süjet xəttini isə repressiya dövrünün qurbanı olmuş bir ailənin faciəsi təşkil edir. Rusların amansız qayda-qanunları görkəmli yazıçımız Əhməd Cavad və ailəsini bir-birindən uzaq salmışdır.Bu ailə sanki bir ağac idi, müstəmləkə əsarəti isə bu ağacın yarpaqlarını incəliyinə, böyük və kiçikliyinə baxmadan bir andaca tökən yel....Romanın baş qəhramanları olan Şükriyyə və Cavadın saf məhəbbəti isə diqqətimi ən çox cəlb edən və məni ən çox kövrəldən məqam idi. Şükriyyə vidalar içində "ən ağrının sevdiyin insanlarla vidalaşmaq olduğunu" söyləyərkən necə də haqlı imiş..... Bu ailə ağacı kökündən qırılsa da, budaqlar gövdəyə, yarpaqlar isə budağa qovuşmaq arzusu ilə bir ömür yaşadı...... Şükriyyə Taleyim Ülviyyə Tahir
Edebiyat
Benim için çirkin kadın yoktur, kadın oluşu yeter,bu işi yarı yarıya hall eder. Fyodor Dostoyevski
Edebiyat
Nietzsche Ağladığında.
#oxudumbitdi. Bitməsini heç istəmirdim əslində.Bir parçası olduğumuz dünyanın isə qanununa əsasən,hər başlanğıcın bir sonu var.Kitabda deyildiyi üzrə"bir kitap bizi alıp diğer kitapların üzerine çıkarmıyorsa o kitapın neresi iyidir?".Bəli, zənnimcə, "Nietzsche ağladığı da" kitabı da bizi başqa kitabların üzərinə çıxaracaq qədər mükəmməl kitabdır. Bu kitabı oxuyarkən demək olar ki, hər səhifəsində bir neçə cümlənin altını çizdim.Bəzi cümlələrdə özümü gördüm.Düşünürəm ki,elə bir insan ola bilməz ki,bu kitabda özünü-həyatından bir parçanı tapmasın.Professor Nietzschenin psixoloji durumu, ümidsizliyin müalicəsi mövzusunda yazılmış kitab insanı öz ağuşuna alır...... Fərqli xəstəliklərin iki insanın həyatını bir araya gətirməsi üzərində qurulmuş süjet beynimizdə"görəsən sonda nələr baş verəcək?"sualının formalaşmasına səbəb olur və fasiləsiz şəkildə onu oxumağa sövq edir.Kitabda xəyanət,dostluq və digər münasibətlərə də toxunulmuşdur.
1000Kitap