Düzünü deyim ki, yazmaq istəmirdim sənə bu məktubu, amma yarım saat bundan qabaq güllə yağış kimi üstümüzə yağanda, bildim ki, gərək yazam sənə bu məktubu. Adam güllə yağışının altında olanda hər şeyi yaddan çıxarır, bütün pisliklər yaddan çıxır, ancaq yaxşısı yadda qalır. Sən məni istəyə də bilərsən, istəməyə də bilərsən, ancaq özünü istə.