Yazı işimə başlamazdan əvvəl ailəmlə bərabər bir az vaxt keçirdim. "Həqiqətən də, bütün cavablar burnumuzun dibindədir",- deyə düşünüb, burnumun ucundakı xoşbəxtliyimin- oğlumun və qızımın saçından öpdüm. Həyat yoldaşım bişirdiyi sousu masaya gətirəndə üzümdə qeyri-ixtiyari təbəssüm yarandı. Nə üçün güldüyümü anlamayan sevgilimə, "bu sousu hazırlayan əllərini, barmaqlarını sevirəm" - dedim.
- Pulu halallıqla qazanmaq lazımdır. Haram pul heç kimi xoşbəxt etmir.
- Dediyin sözlər hər gün ac yatmağa məcbur olan 7 uşaq üçün heç bir məna kəsb etmir...