Ceyhun Cəfərli

Ceyhun Cəfərli
Evli
10/10
·400 syf.··
2021 3. kitabı
·
42 günde okudu
·
Okunma: 01 Mayıs 2021 16:01
"Cenni Herhardt əhvalatından Drayzer ABŞ-dakı böyük ictimai ziddiyyətləri oxucuya göstərmək üçün istifadə olunmuşdur. Drayzer öz əsərini yazdığı zaman Amerika ədəbiyyatında belə kitablar olduqca az idi. İlk baxışda romanın mövzusu məhəbbət olsa da əslində kitabın həqiqi mövzusu -sinfi bərabərsizliyin təsviridir. Cenninin taleyinin bütün faciəsi məhz bu faktdan doğur. Cenninin "aşağı" təbəqədən çıxması onun ürəkdən sevdiyi adamla nikahını qeyri-mümkün edirdi. Əmək və kapital münaqişəsi romanda verilməmişdir, lakin Drayzer Amerika cəmiyyətinin bir-birinə zidd olan iki qüvvəsini-Fəhlələri və kapitallistləri son dərəcə aydın göstərir. Drayzer təkcə bununla millətin birliyi haqqında burjua əfsanəsini darmadağın edir. Romanın başlanğıcında oxucuya elə gəlir ki, Cenni üçün əsas çətinlik atasının ciddi əxlaqi görüşləridir, lakin hadisələr inkişaf etdikcə daha artıq aydın olur ki, qəhrəmanın səadətə doğru yolunda əsas maneə ictimai qurluşun ədalətsizliyindədir. Bunu bizim qarşımızda canlanan həyat dramının qəhramanları da-hər biri öz şüuruna görə-az, ya çox dərəcədə dərk edirlər." Əsər məndə həddindən artıq dərin izlər buraxdı. Drayzer Cenni Herhardt obrazını elə mükəmməl ustalıqla yaratmışdir ki, insan onu öz əzizi zənn edir. Əsərdə belə bir hissə var." Cenninin mənəvi aləmini necə təsvir edək? Elə nadir təbiətli insanlar olur ki, onlar dünyaya nə üçün gəldiklərini bilmir və axıradək heç bir şey anlamadan həyatdan köçüb gedirlər. Həyat onlara həmişə, son dəqiqələrinədək hədsiz gözəl, həqiqi sehrlər aləmi kimi görünür və əgər onlar bu həyatda yalnız bir şeyə valeh ola-ola gəzə bilsəydilər, həyat onlar üçün cənnətdən pis olmazdı. Onlar gözlərini açarkən ətraflarında ürəklərinə yatan kamil dünya: ağaclar, güllər, səslər və rənglər dənizi görünürdü. Bu onların ən qiymətli
Cenni HerhardtTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014560 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Sevgili dost...
Puan vermedi·206 syf.··
2020 172. kitabı
Kitab dosta müraciət şəklində yazılmışdır... Məncə də, belə yazılması daha doğru idi... Xəyali dost, bəlkə bu dost elə içimizdə gizlənən mənliyimizdir?! Bəlkə, bu dost elə illərdir heçnəyi etiraf etməyən içimizdəki vicdandır?! Eh, nəysə!!! Bildiyim odur ki, hamının belə dostu var, amma çox insan bunun fərqinə varmadan ömrünü başa vurur... Sevgili dostum, məncə, həyatda yalan olmadan da yaşaya bilərik,(#89467097) acılarımızı gizlətmək üçün yalan da olsa gülümsəyə bilərik,(#89467927 ) yanımızda olduğunu göstərən əslində isə həmişə yalnızlığımızı üzümüzə vuran insanları da tanıdıq və bildik.(#89358378) .. Sevgili dostum, yaxşı ki sən varsan, olmasan belə, yaxşı ki sən varsan gec də olsa, bunları etiraf edə bilirəm... Dostunuza gec olmadan hər şeyi etiraf edin...axı zaman keçir...
Felsefe
Posta Kutusundaki MızıkaA. Ali Ural · Şule Yayınları · 202022,9bin okunma
Xoş mütaliələr...
9/10
·288 syf.··
2020 170. kitabı
·
4 günde okudu
·
Okunma: 09 Ekim 2020 07:24
Gəlin, həyatımıza nəzər salaq... İnsanların 90%-i günlük qayğılar, maddi çətinliklər, şöhrət, heçkimdən geri qalmama çabası ilə günlərini keçirdir. Bunlar çox mu önəmlidir?! Xeyr! Əslində hər kəs ona verilən həyatı qəbullanıb çevrəsində "cənnət" yarada bilər. Dino Bussotinin "Tata çölü" romanında çox incə məqamlara toxunub. Orada təsvir olunmuş qala, elə yaşadığımız bu həyatı təmsil edir, mənə görə. O qalaya leytenant, hərbçi kimi gedənlər əvvəllər bundan razı olmasalar da, sonradan oranı tərk etməkdə çətinlik çəkirdilər. Nə idi onları orda saxlayan?! Şöhrətmi, hansısa igidliyə görə ad qazanmaq mı?! Məsələn, Covanni Droqo qaladan öz evlərinə tez getmək üçün günlərini saysa da, qərarını bir anın içində dəyişir. Onun fikrincə, qalada hər an nəsə dəyişiklik ola bilər. Bu düşünce ilə qalada illərini qurban verir. İllər sonra evinə dönən Covanniyə hər şey yadlaşmışdı. Hətta doğma anası belə. Çox təsirlidir elə deyil mi?! Böyük bir sevinclə evinə gedirsən, ama gördüklərin səni böyük xəyal qırıqlığı yaşadır. Yazıçı təbii lövhələrlə bəzən obrazların keçirdiyi hislərdən arzulardan bəhs edir. Elə o zaman anlayırsan ki, "pəncərədən sənə gülümsəyən bir qız", bahar fəslində açan çiçəklər, ailənin doğmalığı bu qalada qalıb dəyişiklik gözləməkdən, şöhrət qazanmaqdan qat-qat artıq idi. Covanninin yanlışı sadəcə olaraq, nələrinsə dəyişəcəyini oturub gözləmək idi. Düşünürəm ki, insan arzular, xeyallar qurursa, həyata keçməsi üçün mübarizə aparmalıdır. Leytenant Anqustino rəngarəng, gözəl arzulardan çoxdan əl çəkənlərdən idi. O surət mənə bunları öyrətdi: İnsan layiq olmadığı, məcburən yaşamağa məhkum olduğu həyatdan tez bir zamanda gərək ki, ayrılsın. Yoxsa bu həyat onu içinə çəkib məhv edəcək. Onun qaladan ayrılan dostu Anqustino'nu özü ilə getməyə məcbur etsə də, o getmir. Öz hisləri
1000Kitap
Tatar ÇölüDino Buzzati · Qanun Nəşriyyatı · 019,9bin okunma
10/10
·136 syf.··
2020 147. kitabı
Ədəbiyyat bölməsində oxumağım hər zaman qürur mənbəyim olub. Müxtəlif yazıçı ve şairlərlə tanış olmaq müxtəlif həyat hekayələri görmək insanın mənəviyyatını qidalandırır. Kitabını inceleme yazdığım şair 24 yaşında dünyadan köçüb. Amma şeirləri elə hiss-həyəcanla yazılıb ki, 50 il yaradıcılıq ilə məşğul olanlar onun kimi yaza bilmir. Şair sanki, tez öləcəyini hiss edirmiş. Ürək tutmasından vəfat edən şairi sarsıdan ən böyük şey sevdiyi qızı başqasına verilməsi hadisəsi olub...
1000Kitap
İynəboyu Böyük DünyaFaiq · Ədəbiyyat Qəzeti Yayınları · 20172 okunma
Oxuduğum ilk kriminal əsər...
Puan vermedi·367 syf.··
2020 139. kitabı
·
3 günde okudu
·
Okunma: 15 Mayıs 2020 16:37
Əsəri oxuyarkən çox təəccübləndim. Ona görə ki, dövlətin çatışmazlığını bu qədər açıq şəkildə göstərən və açıq şəkildə ifşa edilən bir əsər necə olub ki, çap olunmağa icazə alıb. Əsərin proloqu insana demək olar ki, hər şeyi çatdırır. Jurnalist olan Yunis Muradov toydan öz fahişəsi ilə qayıdır. Hardasa Xocalı hadisələrinin 17 ilinin tamam olmasına sayılı günlər qalıb ve televiziyada bu haqda bəzi məlumatlar verilərkən qadın çox pis olduğunu deyir ve ondan konsert verilən kanala çevirməsini istəyir. Burdakı alt məna çox acınacaqlıdır. İkincisi, Yunis Muradov evli idi və onun toyda olduğunu bilən həyat yoldaşı ona zəng vurub halını soruşur, ona xəyanət edən Yunis hər şeyin qaydasında olduğunu deyir. İkinci bir alt məna ortaya çıxır. Bunu da ailə kiçik bir dövlətdir düşüncəsindən çıxış edərək fikirləşə bilərsiz. Üçüncü məsələ isə yazıçının əsərin proloq hissəsini bu şəkildə verməsi heç də təsadüfi deyil. Məhz ailəsini aldadıb başqa qadınla birlikdə olan Yunis'ə Ermənistanda əsirlikdə olan bir qadının zəng vurub Bakıda ermənilərin yaratdığı gizli təşkilat haqqında xəbər verməsinin mənası da bu ola bilər ki, yalnız Xocalı ildönümülərində yada düşən Xocalı sakinləri Vətənin ən böyük yarası olduğuna görə heç kim kef içində yaşamamalıdır. Ermənistandan Azərbaycana gizli təşkilata xidmət etmək üçün göndərilən həmin adam zəng vuran vətənpərvər qadının öz oğlu idi. Səid Namazov... O Səid ki, o qədər əzab çəkmişdi əsirlikdə olarkən artıq manqurtlaşmışdı. Anasına əzab verməsinlər deyə ermənilərlə razılığa gəlmişdi. Səid qovula-qovula namərd edilmişdi. Xocalı əsirlərinə verilən əzablar o qədər açıq şəkildə göstərilib ki, insan bir anlıq Səid kimi bütün insanlardan nifrət etmək istəyirdi, hətta öz millətindən belə. Səid ona görə özünə gələ bilmirdi ki, Azərbaycanda atəşkəs elan
Felsefe
Cəhənnəmdən Gələn SəsElhan Elatlı · Elgün · 20091,204 okunma