Bastiani qalasına təyin olunan genc leytenant Covanni Droqo..
Əvvəlcə burada bir gün belə qalmaq istəməyən genc leytenantin dörd ay sonra geri qayıtma şansı varkən Tatar çölünün sirli cazibəsinə qapılaraq Qalada qalmağa qərar verir.
Əsərdə daha çox gənc leytenat Droqonun daxili aləmini, tənhalığını, öz daxili aləmi ilə bağlaşdırdığı Tatar çölünün təsvirini görürük.
Bir növ Tatar çölünün fonunda Droqonun öz daxili aləmdə səyahətə çıxırıq. Lakin yazar bizi digər obrazların dünyasından da kənarda qoymur.
Bu qəhrəmanlarla birlikdə biz də öz daxili aləmimizə səyahətə çıxırıq.
"Tatar çölü" bizə ən sirli Qalanın- öz daxili aləmimizin qapıların açır.
Bizi özümüzlə baş-başa qoyan bir əsər.
Dino Bussatı bu romani ilə varoluş səbəbinizi sorğuladacaq, əsərdə baş qaldıran, qarşınıza çıxan suallar olacaq, lakin bu sualların cavabını bir yönlü verməyəcək yazar.
Normada Oxuduğumuz əsərlərdə yazarin çatdırmaq istədikləri olur oxucuya, vahid ideyaya xidmət edir əsər.
"TATAR ÇÖLÜ" isə SİZİ TƏR-ÜZ EDƏCƏK.
Sizə ağlınızla verdiyiniz qərarları sorğuladacaq.
Həyatda özünü tapmaq, var olmaq, özünü doğrutmaq, tale kimi məsələrə tamam fərqli yöndən yanaşılan bir roman.
Oxuyun, yaşayın, varoluş səbəinizi sorğulayın!!