İnsan daxilini, onun əsil xislətini tərənnüm edən üç müxtəlif kitabdan bir məna tonuna köklənmiş üç müxtəlif hissə!
Selincer-Çovdarlıqda uçurumdan qoruyan
Havalar yaxşı olanda, valideynlərim tez-tez qəbiristanlığa gedir, bizim Allinin
qəbri üstünə gül-çiçək dəstləri qoyurlar. Bir-iki dəfə mən də onlarla getmişəm.
Amma sonralar tərgitdim, getmədim. Əvvələn, ona görə ki, onu bu çərdəymiş
qəbrin içində görmək mənim üçün o qədər də xoş deyil. Dörd yanında ölülər və
başdaşıları. Gün çıxanda yenə cəhənnəm, vay odur, yağış yağa. İki dəfə – düz
iki dəfə dalbadal– biz orada olanda yağış başladı. Dəhşət idi. Yağış onun andır
başdaşına, qarnında bitən otların üstünə yağırdı. Özü də leysan yağış...
Qəbiristanlığa ziyarətə gələnlərin hamısı birdən dəli kimi öz maşınlarına sarı
qaçdılar. Məni dəli eləyən də elə bu oldu. Hamı qaçıb öz maşınına girdi və
radionu açdılar, sonra isə qəşəng bir restoranda nahar eləməyə getdilər. Bircə
Allidən başqa hamı getdi. Buna heç dözə bilmədim. Bilirəm, bu qəbirdə yatan
ancaq onun cəsədidir, ruhu çoxdan göyə uçub və sair və ilaxır, ancaq yenə də bu cür heyvanlığa dözə bilmirəm.
__________________________
Remark -Üç Yoldaş
Robbi, varlı iş adamı çörəkçiyə təklif edir ki, dünyasini dəyişmiş həyat yoldaşı üçün portret çəkdirə bilər. Bunun üçün Robbinin yaxşı rəssam dostu var.
– Çox yaxşı qadın idi, – dərindən köks ötürərək çörəkçi sözünə davam etdi, – ürəyitəmiz qadın idi. Heç vaxt heç nə tələb etmirdi. On il bircə paltoyla keçindi. Köynəklərini özü tikirdi həmişə. Ev işlərini də özü görürdü, qulluqçu-filan istəmədən...
Çörəkçi, yəqin ki, ürəyini boşaltmağa adam axtarırdı. O, mənə keçmiş arvadının sədaqətindən danışdı. Qənaət olunmuş pulları pivəyə, bir də keqli oynamağa sərf etdiyini, arvadınınsa bütün bunları bir dəfə də olsa onun üzünə