Sən demə, heç nədən şübhələnməyərək mən sahildə dayanıb üstündə şəfəqlərin oynaşdığı suları seyr etdiyim vaxt qəflətən o donub əbədi buzlaq altında qalmalıymış.
Ən çox təəccüb doğuran fakt ondan ibarətdir ki, hər bir insan digər insanlar üçün, sözün həqiqi mənasında, anlaşılması mümkün olmayan müəmma və sirlərlə dolu olan bir dünya olaraq qalmaqdadır.
"Cenni Herhardt əhvalatından Drayzer ABŞ-dakı böyük ictimai ziddiyyətləri oxucuya göstərmək üçün istifadə olunmuşdur. Drayzer öz əsərini yazdığı zaman Amerika ədəbiyyatında belə kitablar olduqca az idi. İlk baxışda romanın mövzusu məhəbbət olsa da əslində kitabın həqiqi mövzusu -sinfi bərabərsizliyin təsviridir. Cenninin taleyinin bütün faciəsi məhz bu faktdan doğur. Cenninin "aşağı" təbəqədən çıxması onun ürəkdən sevdiyi adamla nikahını qeyri-mümkün edirdi. Əmək və kapital münaqişəsi romanda verilməmişdir, lakin Drayzer Amerika cəmiyyətinin bir-birinə zidd olan iki qüvvəsini-Fəhlələri və kapitallistləri son dərəcə aydın göstərir. Drayzer təkcə bununla millətin birliyi haqqında burjua əfsanəsini darmadağın edir.
Romanın başlanğıcında oxucuya elə gəlir ki, Cenni üçün əsas çətinlik atasının ciddi əxlaqi görüşləridir, lakin hadisələr inkişaf etdikcə daha artıq aydın olur ki, qəhrəmanın səadətə doğru yolunda əsas maneə ictimai qurluşun ədalətsizliyindədir. Bunu bizim qarşımızda canlanan həyat dramının qəhramanları da-hər biri öz şüuruna görə-az, ya çox dərəcədə dərk edirlər."
Əsər məndə həddindən artıq dərin izlər buraxdı. Drayzer Cenni Herhardt obrazını elə mükəmməl ustalıqla yaratmışdir ki, insan onu öz əzizi zənn edir.
Əsərdə belə bir hissə var." Cenninin mənəvi aləmini necə təsvir edək? Elə nadir təbiətli insanlar olur ki, onlar dünyaya nə üçün gəldiklərini bilmir və axıradək heç bir şey anlamadan həyatdan köçüb gedirlər. Həyat onlara həmişə, son dəqiqələrinədək hədsiz gözəl, həqiqi sehrlər aləmi kimi görünür və əgər onlar bu həyatda yalnız bir şeyə valeh ola-ola gəzə bilsəydilər, həyat onlar üçün cənnətdən pis olmazdı. Onlar gözlərini açarkən ətraflarında ürəklərinə yatan kamil dünya: ağaclar, güllər, səslər və rənglər dənizi görünürdü. Bu onların ən qiymətli
Cenni HerhardtTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014560 okunma