İnsan mənfiyə kökləndiyi zaman qəlbində olan bütün gözal hissləri susdurur. Ətrafda ancaq mənfi cizgilər görməyə başlayır. Bu hisslərin təsiri ilə yanlış bir qərar verir və hər şey əlindən çıxana qədər bu qərar əsasında hərəkət etməyə başlayır. Onun bu vəziyyəti oyundan əl çəkə bilməyən qumarbazın işinə bənzəyir. Həyat adlı qumar oyununa sevdiklərini, istəklərini, hisslərini qoyur və uduzur. Bütün bunlar azmış kimi, sonunda da canını qoyur.