Düşdüm sükuta – dedilər: “Nə var?”
Görmədilər içimdə yanan bahar var.
Susduğum hər an, qəlbimə zərər,
Varlığım, yoxluğum – kədərdi, kədər.
Əl tutmadız, itirəndə özümü,
Susdunuz – sanki eşitmədiz sözümü.
Qaranlıqda yandım, sizsiz bir şəhər,
Varlığım, yoxluğum – kədərdi, kədər.
İndi nə fərqi var, varam ya yoxam?
Onsuz da bilirdim sizə mən çoxam.
Qaldı tək bir adım, yaralı əsər:
Varlığım, yoxluğum – kədərdi, kədər.