Jalə İslam

Jalə İslam
@jaleislam_
Frontend Developer
SDU
Sumqayıt
Azərbaycan Gədəbəy
120 okur puanı
Ocak 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
Bəyaz bayraq
Zənnimcə insanın öz daxili aləmi və mənəviyyatı özü üçün ən böyük cəhənnəmdir. Bizim ağır təlatümlərimizi daşıyan gəmi heç cürə limana çata bilmir, amma bata da bilmir. İnsanoğlunun tükənməz əzmi sayəsində içimiz limana yetişə bilməyən köməksiz gəmilərlə doludur. Ən zirvədə isə bəyaz bayraq dalğalanaraq sülh diləyir. O da Allahın hüzuruna yetişsə necə də xoş, yetişməsə də qaldığımız yerdən davam edirik. İndi bəzi duyğu və hisləri ifadə etmək üçün kəlimələr kifayətsizdir. Tək çarəmiz bəyaz bayraqdadır, o isə ümidini rüzgara bağlayıb.
İnsan ve Duygular
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Payız borcu
Payızı sevməklə, payızı ölümünə yaşamaq arasında çox incə bir fərq var. Bu eynilə anı yaşamaq və zamanı dəyərləndirmək arasında olan fərqə bənzəyir. Zamanı ağırlaşdıran duyğuların şiddəti olduğu kimi, payızı da bu qədər çəkilməz edən onun dəhşətli soyuğunun mənəvi soyuqluq ilə mübarizəsindəki bərabərlik nəticəsidir. Yağışı sevmək bir növ hər şeyi olduğu kimi qəbul etmək deməkdir, amma payızı sevmək böyük ürək tələb edir. Sizə də elə gəlmirmi ki, payız əslində bizə bir çətir borcludur? Fəqət bizim çətirə ehtiyacımızın olduğunu kim söylədi?!
Ramiz Rövşən Bir də ki, mən sənin yanında idim, Yaxında olanlar yuxuya girməz...
Ramiz Rövşən Mən səni sevmirdim... Amma gecəydi, Bir bomboş vağzaldı, birdə biziydik... Yuxulu gözlərin gözümə dəydi, Yuxulu gözlərin tərtəmiziydi... Yuxulu gözlərin yuxu görürdü, Sən özün ən şirin yuxuydun ancaq. Yuxulu gözlərin yuxu görürdü, Mən sənin yuxunda yoxuydum ancaq... Mən gələn qatarın hayında idim, Bir sərin gecəydi, bir ilıq nəfəs. Bir də ki, mən sənin yanında idim, Yaxında olanlar yuxuya girməz... Sonra qatar gəldi, yuxun dağıldı, İstədim söz deyəm, karıxdım yenə. Qatar gecikirdi, mən darıxırdım, Sən mindin qatara, darixdim yenə... O gedən qatarın dalınca baxdım, Dedim,bu gecəni çətin dözərəm. Bir az da keçsəydi ağlayacaqdım, Yaxşı ki, gülməyim tutdu özümə... Sonra da yol boyu uzandı kölgəm, Sonra da tək-tənha qayıtdım evə. O qatar,o gecə, o dünya bəlkə, Tək bundan ötrüydü; MƏN SƏNİ SEVƏM.
İnsan ve Duygular