Jalə İslam

Jalə İslam
@jaleislam_
Frontend Developer
SDU
Sumqayıt
Azərbaycan Gədəbəy
120 okur puanı
Ocak 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
Kitabın özü kimi çox qısa...
8/10
·31 syf.··
2024 4. kitabı
·
8 saatte okudu
·
Okunma: 22 Ağustos 2024 06:52
Bu kitabla zərif davranın. Çünki həyata qarşı ümidini itirmiş bir atanın son çırpınışlarıdır. Bir ölümə hazırlıq məktubudur. Təsadüfən instagram paylaşımlarını nəzərdən keçirərkən qarşıma bir yazı çıxdı. Dünya ne ise oydu; ben de ne isem o oldum — uyuşamadık. Hepsi bu. Sonra ani qərarla kitabın PDF formatını oxumağa başladım. 35 səhifəlik olan kitabda elə sətirlər var ki, bəzi yazıçıların bir səhifəlik yazısı o qədər vurucu olmur. Valideynlərin ümidsizliyə düçar olması necə də ağır bir haldır. "Zilif" bu ağır və kədərli halı ən təsirli çatdıran kitablardan biridir. Siz bu kitabı oxuduğunuz təqdirdə Oruç Aruoba 'ın intihar etməyi düşündüyü bir gecədə qızı Filizə olan son vəsiyyət və sözləri ilə tanış olacaqsınız. Bütün səhifələrdə təşviq etməyə çalışdığı əsas fikir budur ki, qızı ən gözəl, ən məqsədli və ən sadiq insanlardan biri olsun, amma hər kəs kimi olmağıda unutmasın. Yazıçı üçün ən kədərli tərəfi isə qaçmağa çalışdığı ən başlıca səbəbin bizim qatılaşmış eqomuz olmasıdır. Xoş mütaliələr!
ZilifOruç Aruoba · Sel Yayıncılık · 20172,443 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Eşqi itirib sevgini tapın!
7/10
·68 syf.··
2024 3. kitabı
·
5 günde okudu
·
Okunma: 09 Temmuz 2024 12:29
Beni tanımamıştın, ne o zaman ne de şimdi, hiçbir zaman beni tanımadın. Sana, o an yaşadığım hayal kırıklığını nasıl anlatabilirim sevgilim? Senin tarafından tanınmamanın hayal kırıklığını ilk defa yaşıyordum. Bütün ömrüm boyunca bu his ile yaşadım, şimdi bu his ile ölüyorum ve sen hâlâ beni tanımıyorsun. Kitabı oxudum bitirdim və bir müddət səssizcə tavanı izləməyə başladım. İçimdən gələcək ilə bağlı bir çox suallara cavab axtarırdım. Bunlardan biri də sevginin mənim həyatımdakı dərin və tilsimli həyat yolu idi. Bu yaşına qədər hər zaman bu mövzunu həyatı üçün ən böyük əngəl hesab edən birinin indi oturub bütün hər şeyi ən dərin nüansları ilə nəzərdən keçirməsi əlbəttə qəribə bir hal idi. Bir sual verdim özümə:"Həqiqətən insan öz mənliyini və qürurunu yox sayaraq bir nəfəri bu qədər dərindən sevə bilərmi?!" Sonra yenidən özümə cavab verdim:"Yox!" Yenidən özümə bir daha sual verdim: "Sən heç olacaqları düşünmədən həyatını öz əllərin ilə birisinə təslim edə bilərsənmi?! " Yenə öz cavabım özümə gecikmədi: "Yox!" Bu dəmdə otaq yoldaşım ilə evdə elə eynilə bu mövzu ilə bağlı mübahisə edərkən mənə çox sərt bir şəkildə bir sualla bütün sualların cavabını verdi: -Sən sevgidən çox anlayırsan axı?! Susdum..., deyəsən, doğru deyirdi. Doğru sözün isə insana necə təsir etdiyini açıqlamaq məncə çox çətindir. Əsas məsələ budur ki, insan yaşamadığı və hiss etmədiyi bir duyğu və yaxud hadisə üzərinə nə qədər fikir ifadə etsə hər zaman yarım qalacaq. Ona görə də mən bu kitaba istədiyim qədər incələmə yazım yenə nələrsə yarım qalacaq. Mənə görə bu kitab başdan sona bir eşqdən bəhs edirdi, amma sevgi ilə uzaqdan yaxından əlaqəsi yox idi. Mənə görə bu bilinməz qadın yaşamadığı və hiss edə bilmədiyi ata sevgisini uşaq qəlbinin özü üçün yaratdığı cismani obraza sevgi və hədsiz ehtiras
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,4bin okunma
Eşq uzaqlığa aşinadır
9/10
·160 syf.··
2024 1. kitabı
·
57 günde okudu
·
Okunma: 26 Mart 2024 20:27
Bəyaz Gecələr kitabından sonra 21 illik həyatımda ikinci dəfə içində mənə uzaq ideyalarla zəngin Kürk Mantolu Madonna kitabını oxudum. Və hələ kiçik yaşlarımda məktəbdə oxuyarkən ədəbiyyat müəlliməmin eşq və sevgi ilə bağlı dediyi məhz həmin cümləni xatırladım. Mən indi həmin cümləni öz təxəyyülümə uyğun düzəliş edib başlıq hissəyə əlavə etsəm də, cümlə elə də dərin deyildi, sadəcə doğru idi. "Əsl eşq qovuşmadıqda eşq olaraq qalır".Bəlkə də bu cümləni unutmamağıma elə ən böyük səbəb onun doğru olması idi?! Bəlkə də eşqin bir müddət sonra yerini sevgiyə təslim etməsi və yaxud ən ülvi hisslərin elə eşqin yox olması ilə bərabər itməsi ən böyük tragediya idi?! Kitabın ən son səhifəsində xəyalıma kiçik yaşlarımda Samanyolu televiziya kanalında baxdığım bir film gəldi. Həmin filmdə öz həyatlarından razı olmayan insanlar Tanrının elçisi tərəfindən yaşamaq istədikləri həyata giriş üçün kiçik bir açarla mükafatlandırılırdı. Lakin bu həyatlarında sonluq hər zaman bərbad olurdu. Bununla belə verilən əsas mesaj bu idi ki, Tanrı bizə bizim üçün xeyirli olan nədirsə, məhz onunla mükafatlandırır, qeyrisi hər zaman çıxılmaz bir küçədir. Bəlkə də, Raif və Maria üçün də xoşbəxt bir sonluq elə ən kədərli sonluq olacaqdı?! Bir şeyi unutmayaq eşq toxunmaq üçün bir bədənə deyil, bir ruha ehtiyac duyur. Əsl eşq elə bu kitabdakı kimi bədənlərin deyil, ruhların qovuşduğu zaman məqbul sayılır! Hayat ancak bir kere oynanan bir kumardır, ben onu kaybetdim. İkinci defa oynayamam.... Mən çox uzatmadan burada fikirlərimi yekunlaşdırıram. Xoş mütaliələr! ❃
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025375,9bin okunma
3/10
·80 syf.··
2023 27. kitabı
·
23 saatte okudu
·
Okunma: 09 Kasım 2023 17:04
James Joyce 'un kiçik həcmli avtobioqrafik romanı olan Ölülər yazıçının öz həyatından kiçik bir hissədir. Yəni belə deyək Qabriel Konroyun prototipi James Joyce, Qreta Konroyun prototipi isə James'in arvadıdır. Başqaları adına danışa bilmərəm, amma öz adıma deyə bilərəm ki, kitab heç xoşuma gəlmədi. Yazıçının çatdırmağa çalışdığı əsas mövzu 80 səhifəlik kitabın 60-cı səhifəsindən sonra başlayır. Mən ilk dəfə idi ki, kiçik həcmli bir kitabda bu qədər yersiz uzadılan hissələr gördüm. SUBYEKTİV fikrimə əsasən qeyd edim ki, bu kitab üçün nə pulu, nə də vaxtı boşa xərcləmək lazım deyil.
ÖlülərJames Joyce · Qanun Nəşriyyatı · 0557 okunma
Əlvida, torpağına qurban kəsildiyim, Azərbaycan!
8/10
·142 syf.··
Beğendi
·
2023 23. kitabı
·
32 günde okudu
·
Okunma: 09 Eylül 2023 07:55
Öncəliklə qeyd edim ki, kitabı bu qədər uzun müddətdə oxumağım onun maraqsız olması ilə əlaqədar deyil. Mənim həyatla və özümlə ara-sıra problemlərim baş qaldırır və yenə həmin anlardan biri idi. Qənimət Əlisaoğlu hər kəs olmasa da, çox adam onu türmə həyatı ilə bağlı yazıları ilə tanıyır və üç romanı işıq üzü görmüşdür. Mən isə bunlardan sadəcə birini, Lənət Qapısı kitabını oxudum. Açığı yazıçının hər şeyi bu qədər açıq və doğru tərzdə çatdırması məni heyrətləndirdi. Bu qorxmazlıq, bu dürüstlük məni həqiqətən təəccübləndirdi. Yazıçı özünün həbs həyatından bəhs edir. Bir "zek" olaraq nazor tərəfindən, yaxud istər bəzi "bratanlar" tərəfindən, eyni zamanda "otryadniklər" tərəfindən çəkdiyi əzablar bütün dəqiqliyi ilə əks olunmuşdu. Və... təbii ki "Qırmızı zon" da Cənab Şultsdan qazandığı nifrət... Bu nifrət kitabın sonunda onu Sibirə sürgün edilməsinə qədər gətirib çıxarır. Xülasə, hər kəsin oxumalı olduğu bir kitabdır. Ən azından göz önündə olan, amma deməyə çəkindiyimiz bir çox həqiqət bu kitabda yazılmışdır. Pulun hakim kəsildiyi, zəkalı şəxslərin bir bez parçasından belə dəyərsiz olduğu bu millətin "ədalət" deyə bağıran nadir kitablarındandır #k:326202. Pul-hörmət, pulsuzluq - biabırçılıqdır! Pul əl çirkidir - ancaq xoşbəxtlik həmişə bu çirkin içərisində parlayır. Pul-doğma atadırsa, kasıblıq-ögey anadır. Pul-yaraşıqlı aşna, kasıblıq -xəstə həyat yoldaşıdır. Pul təntənəli toya qızılı dəvətnamədir, kasıblıq-yasa çağırış. Pul-qanun üçün zəhər, kasıblıq-qanuna nökər! Ps~ Qənimət Əlisaoğlu 2001-ci il 8 oktyabr tarixində çox borcu olduğu üçün intihar etmişdir.
Lənət QapısıQənimət Əlisaoğlu · Nüybar firması · 19936 okunma