Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Müasir qərblilərə irq iyerarxiyası ideyasını ələ salmağı öyrədirlər. Qaraların ağların məhəlləsində yaşamasını, ağların məktəbində oxumasını və ya ağların xəstəxanasında müalicə olunmasını qadağan edən qanunlar onları şoka salır. Lakin, zənginlərin başqalarından ayrı və daha rahat məhəllələrdə yaşamasını, xüsusi və daha prestijli məktəblərdə oxumasını, həmçinin daha yaxşı təchiz olunmuş ayrıca xəstəxanada müalicə almasını nəzərdə tutan zənginlər və yoxsullar arasındakı iyerarxiyanı isə bir çox amerikalı və avropalı tamamilə məntiqli və normal hesab edir.
Hökumətlərin, təşkilatların və şirkətlərin qərarlarına təsir etmək istəyən şəxs mütləq rəqəmlərin dilində danışmağı öyrənməlidir. Bu dilin mütəxəssisləri hətta "yoxsulluq", "xoşbəxtlik" və "düzgünlük" kimi anlayışları da rəqəmlərə çevirmək üçün əllərindən gələni edirlər ("yoxsulluq həddi", "fərdi xoşbəxtlik səviyyəsi", "kredit reytinqi").
İnsan şüurunun xidmətçisi kimi meydana gəlmiş yazı tədricən insanın sahibinə çevrildi.