Gələcək nədir? Gələcək gərək ki, Əmirin parkda mənə göstərdiyi rəngi avazımış, kağız parçası kimi büzüşmüş qarıya bənzəyir. Gələcək haqda düşünə bilmirəm. Nə olduğunu, nədən yarandığını bilmirəm. Bu yaşıma qədər gələcəyi fikirləşib xəyallar qururdum. Hər gün bir az daha sehrini itirən o mübhəm şeyə kifayət qədər yaxınlaşmışam. Artıq bu nöqtədə dayanmaq istəyirəm.
Dayanıb özümə, həyatıma nəzər yetirmək istəyirəm. Yad adam kimi uzaqdan, bir aşiq kimi yaxından
- Ana, Əmir gedir
- Onun quşu uçub artıq. Daha heç kəs onu saxlaya bilməz. Gərək arxasınca gedə. Qoy getsin.
Anam deyir ki hər kəsin bir quşu var. Uçub qonduğu yerə sahibini də aparacaq.