X

8/10
·420 syf.··
2026 11. kitabı
·
7 günde okudu
·
Okunma: 21 Haziran 2026 11:31
Sonuna çox əsəbləşdiyim bir kitab oldu.Ümumilikdə axıcı bir kitab olsa da,sadə cümlələri məni az da olsa sıxırdı.Kitabı tam ciddi qəbul edə bilmirdim,sanki 15-16 yaşlı biri yazıb deyə hiss edirdim. Mövzusu global problemlərdən biridi,baxmayaraq ki illər öncədən bəhs edir ,amma hələ də azyaşlı ərə verilən qızlarımız mövcuddur.Davamlı olaraq camaatın düşüncəsinə görə hərəkət olunmasına çox əsəbləşdim.Ailələrdə oğlanların sözünün üstün tutulub,qızlara əşya kimi davranılması,qısaca gender bərabərsizliyi də öz əksini tapır.Həyatını davamlı olaraq kiməsə- atasına,qardaşlarına,evlənəndən sonra yoldaşına,uşaqlarına həsr etsə də sonra öz payına çata bilmir.Amma Məsumə güclü ana obrazında həqiqətən oxucuya təsir edə bilir.Tarixi mövzuları əks etdirməsi,müharibə dövründən bəhs edilməsi də gərginliyi hiss etdiri.Kitabda bəyənmədiyim hissə hadisələrin çox sürətli və sanki üstündən keçilirmiş kimi yazılması oldu. Çərpələng Uçuran kitabına görə dili çox daha sadə idi,bunu sevmədim
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,412 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
9/10
·455 syf.··
2026 1. kitabı
·
8 günde okudu
·
Okunma: 07 Ocak 2026 22:01
Khaled Hosseini’dən ikinci oxuduğum əsər.Mənim üçün Çərpələng Uçuran qədər təsirli olmasa da,çox güclü yazılmış və axıcı əsərdi.Hekayəni iki əsas qadının dilindən oxuyuruq:Məryəm və Leyla.Bir-biriləri ilə əlaqələri olmasa da tale onları eyni nöqtədə birləşdirir.Əfqan qadınlarının həyatının çətinliyini,yaşadıqları zor zamanları və müharibəni hiss etdirən kitabdır.
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,6bin okunma
Ən təsirli kitab
10/10
·448 syf.··
2025 27. kitabı
·
4 günde okudu
·
Okunma: 29 Kasım 2025 00:00
Ağlamadan oxuduğum səhifəsi olmayan,oxuduğum ən təsirli kitab oldu.Yazarın qələmini çox sevdim,kitab empatiyası güclü olan insanlar üçün bir növ əzab kimidi.Bəzi hissələrində kitabın içinə girib Həsəni qucaqlamaq istədim.Bitirdikdən sonra uzun müddət unudulmayacaq və təsirindən çıxılmayacaq əsərdir.Bu kitabı bəyənənlər üçün “Min Möhtəşəm Günəş” əsərini də məsləhət görürəm.
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,5bin okunma