q.xeyale

q.xeyale
@kitab_setri_ex
22 okur puanı
Nisan 2023 tarihinde katıldı
10/10
·412 syf.··
Beğendi
·
2024 2. kitabı
·
12 günde okudu
·
Okunma: 09 Mart 2024 14:22
- Zərrə qədər də peşman olmadım oxumağa. Mütaliə zamanı cümlələr, fikirlər su kimi axdı getdi. Çox bəyəndim bu əsəri. Azərbaycanda ilk dəfə yazılan dedektiv əsərdir.Ən əsası isə söz bazamın nə qədər inkişaf etdiyini hiss etdim.Bir peşmançılığım o oldu ki, bu qədər gec vaxda oxudum. Yazarın növbəti əsərlərinədə məmuniyyətlə şans verəcəm.Əsərdə isə əsas mövzu kriminal aləmin qəddar, yırtıcı cinayətkarlarından, kasıb yeniyetmə oğlanların aldadılaraq oğurluq sahəsinə çəkilməsi, lovğa, pulgir ataların öz qızlarına düzgün tərbiyə verməyib gələcəkdə əyri yollara düşməsi və işinin peşəkarı olan polis işçilərinin böyük məharətlə onları ifşa etməsi öz əksini tapmışdır. Eyni zamanda XX əsrdə köhnə Bakının müxtəlif yerlərinin adının çəkilməsi məndə nostalji hisslər yaratdı. Xoş mütailələr...
1000Kitap
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993358 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
ALFA KADINI KİMDİR...?
9/10
·192 syf.··
Beğendi
·
2024 1. kitabı
·
9 günde okudu
·
Okunma: 09 Ocak 2024 22:33
- İlk öncə qeyd etmək istəyirəm ki, canımın sıxıldığı vaxda oxudum bu kitabı. Düzdür başdan bir az yordu məni. Ancaq sonrakı mövzularda bir cümləsi belə mənə nəsə qatdı, nəyəsə sövq etdi. Yazardan oxuduğum ilk kitabdır. Kitabın əvvəli qarşılıqlı sevgi münasibətini əhatə edən müxtəlif mövzulardan ibarətdir.Sonda yazar öz sevgi hekayəsini və ən əsası " ALFA KADINI" kimdir sualını cavablayır. Xoş mütaliələr...
1000Kitap
Alfa Kadını OlmakHakan Özkan · Olimpos Yayınları · 2021900 okunma
9/10
·332 syf.··
Beğendi
·
2023 16. kitabı
·
5 günde okudu
·
Okunma: 06 Ağustos 2023 00:10
- Elxan bəyin qələminin məhsulu olan dedektiv romanlar haqqında fikirlər müxtəlifdir. İlk öncə qeyd etmək istəyirəm ki, E. Elatlının " Adsız tablo" dedektiv romanı ilə mütailəmi bugundə uğurla davam etdirirəm. Axıcı olub özünü oxutmuşdur. Təbii ki, bir ədəbiyyat nümunəsi deyil. Ancaq əsərlərində ailə məişət problemlərini, kişi qadın münasibətini,vətənə sevgi və xəyanəti ön plana çəkmişdir. ° Uğursuz gecə Əsərdə hadisə 2020ci ilin Corona virusun bütün dünyada tüğyan etdiyi vaxtda və 14 iyul Tovuz döyüşlərindən sonra 16 avqust tarixində cərəyan edir.Başqa əsərlərində də artıq hər kəsin tanıdığı Qambay Qasımlının qaynı Cahidin dilindən danışılır hadisələr. Düzdür arada Cahidin fikirləri məni dolaşdırırıdı. Cahid yeni aldığı Mayor rütbəsi münasibətilə evində dostlarından ibarət kiçik qonaqlıq məclisi keçirir. Həmin qorxunc eyni zamanda faciəli hadisə də həmin gecə baş verir. Həmin gecədə özünə mənəvi ata seçdiyi Əhəd əmisi, Qnvay müəllim və digər dostları və iş yoldaşları da iştirak edirdi. Baş vermiş hadisənin daha aydın açılmasına səbəblərdən biridə Q.Qasımlının həmin məclisdə iştirak etməsi idi. Əhəd əminin qızı və bir müddət Cahidlə yaxın sevgi münasibəti olan Nihal həmin gecə atasının bağ evində qapıda intihar edir. Əslində Nihalın hər şeyi vardır, bir şeydən korluq çəkirdi oda 'Sevgisizlikdən...İstintaq işi bir müddət düyünə düşür. Lakin yenədə Qambay Qasımlının əli ilə bütün düyünlər bir bir açılır. Sonda qatilin kimliyi məni təəccübləndirdi. Sevmədiyim bir nüans oldu hər şeyi çox xırdalığına kimi yazılmasıdır.Hər kəsə xoş mütailələr.
1000Kitap
Uğursuz GecəElhan Elatlı · Teas Press · 0391 okunma