q.xeyale

q.xeyale
@kitab_setri_ex
22 okur puanı
Nisan 2023 tarihinde katıldı
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·264 syf.··
Beğendi
·
2022 3. kitabı
Kitabı oxuyanlar iki cəbhəyə ayrılıb, bəyənənlər və “vaxt itkisi” hesab edənlər. İlk olaraq, onu deyim ki, heç bir kitab vaxt itkisi deyil. Ən elementar və yaxşı olmayan kitabdan belə özümüz üçün, həyatımızın müəyyən situasiyası üçün dərs çıxarmaq mümkündür. Sadəcə, kitabı ötəri olaraq, sonunu görmək üçün yox, həqiqətən hər cümləsində bir fikir axtararaq oxumaq lazımdır. İndi isə gələk bu kitaba, mənim indiyə qədər oxuduğum ən yaxşı kitablardan biri idi. İstər sadə və anlaşıqlı dili, istər mövzusu, istər süjet xətti olsun, hər şey əla idi. Kitab sizə eşq, sevgi mövzulu kitab kimi görünə bilər, amma hər cümləsində fəlsəfi düşüncələrə rast gələcəksiniz. İnsanı yaşadan nədir, məqsədimiz, çatmalı olduğumuz nöqtə haradır- hamısına cavab tapacaqsınız, əgər diqqətlə oxusanız. Çox danışmayacam, qətiyyən vaxt itkisi deyil, mütləq oxuyun
İnceleme
Ne İçin Varsan Onun İçin YaşaHikmet Anıl Öztekin · Destek Yayınları · 20217,7bin okunma
q.xeyale
Sizinlə tam razıyam, üslubu, mövzusu zəif olan kitabdakı bir cümlə belə sənə nəsə qatır.
gecikmiş incələmə
Puan vermedi·182 syf.··
2022 32. kitabı
·
1 saatte okudu
·
Okunma: 08 Eylül 2022 11:38
Bu kitabı oxuyandan sonra bəzi düşücələrimin yaxşı yöndə dəyişdiyini deyə bilərəm. . Həyata daha fərqli baxıb daha fərqli sorğulamağa başlamışam. "Oyanmaq istəyirsənsə mütləq oxu" deyəcəyim kitabların ən başında bu kitab gələr. . Hətta instada bir çox postlarımı bu kitabdakı sözlərdən,fikirlərdən yola çıxaraq hazırlamışdım.)) Nəysə keçid edək kitabın mövzusuna. Kitab, varlanmaq daha dəqiq desək düzgün şəkildə yaşamaq üçün nə etməli olduğumuzu bizə sadə yollarla başa salır. Kitabda Robertin " varlı və kasıb atanın" ona verdiyi nəsihətlərdən yola çıxaraq öz həyat yolunu tutma müarizəsi qələmə alınmışdır. . "Varlı valideyinlər övladlarına nə öyrədirlər ki ,bunu kasıb valideyinlər öyrətmir.." . Doqquz yaşında uğur əldə etmək üçün çalışan Robertə elə dostunun atası (varlı atası)sözün əsl mənasında yoluna işıq tutur. Bundan sonra onların "Siçovul yürüşlərində"itbata düşməməsi üçün onlara maraqlı dərslər verir. . Sözlərin gücü və təsiri böyükdür. Kasıb ata pulu olsa da pulsuzluqdan əziyyət çəkərək "limitli" nəsihətlər verərkən, varlı ata daim "limitsiz" nəsihətlərlə qarşısına çıxar. . Hər iki atanın gözəl nəsihətləri Robertin "həftəbecər" olmuş beynində bir cığır açar. . Bu gün bu kitabın ərsəyə gəlməsi ,Robertin o dərslərdən yaxşı nəticə çıxardığının sübutu ola bilər. . Dəyişmək, dəyişdirmək istəyirsənsə bu kitabı oxu və oxut.
Kişisel Gelişim
Varlı Ata, Kasıb AtaRobert T. Kiyosaki · Qanun Nəşriyyatı · 09,2bin okunma
q.xeyale
Aydın incələmə olub, çox sağolun.🤗