Ailə həyatı ilə bağlı aparılan tədqiqatların birində ailə həyatında xoşbəxt olmayanlardan səbəb soruşulduqda, onlar yoldaşlarının səhvlərini söyləmişdilər. Heç biri “Mən bu səhvi etdim, mənim səhvim bundaydı” deməyib. Ən böyük səhvimiz öz günahlarımızı görməyib günahı başqasında axtarmaq, yoldaşımızı istədiyimiz kimi dəyişdirməyə çalışmaqdır. Halbuki, başqasını dəyişdirməyə heç kimin gücü çatmaz, özümüzün özümüzə belə hər deyəndə gücümüz çatmır. Əgər çox çalışsaq, yalnız özümüzü tanıyıb dəyişdirə bilərik