Ailə həyatı ilə bağlı aparılan tədqiqatların birində ailə həyatında xoşbəxt olmayanlardan səbəb soruşulduqda, onlar yoldaşlarının səhvlərini söyləmişdilər. Heç biri “Mən bu səhvi etdim, mənim səhvim bundaydı” deməyib. Ən böyük səhvimiz öz günahlarımızı görməyib günahı başqasında axtarmaq, yoldaşımızı istədiyimiz kimi dəyişdirməyə çalışmaqdır. Halbuki, başqasını dəyişdirməyə heç kimin gücü çatmaz, özümüzün özümüzə belə hər deyəndə gücümüz çatmır. Əgər çox çalışsaq, yalnız özümüzü tanıyıb dəyişdirə bilərik
Bir çocuk, asla ama asla yaşadığı fiziksel ya da ruhsal acıları unutmaz. Ne olursa olsun, onun izleri kalır. Bunlar, bir yara iziyse, onunla yaşar ve çoğu zaman utanır, gizler. Ezgi'nin kolundaki iz de böyleydi. Onun için kendisine sürülmüş bir lekeydi: Süt lekesi...
Yalnız ölüm faktı bizi həyatın mənası barədə dərindən düşünməyə vadar edir. Həyat ölümün fonunda məna qazanır, dəyərə minir. Hər şeyin əvvəli sonu ilə əlaqəlidir. Əgər son olmasaydı, əvvəlin də mənası qalmazdı. Həyat bitməz olsaydı, ona diqqət etməzdik, mənasız gələrdi bizə.
Bir gün sən anlayacaqsan ki, həyat hər nə cür olsa da, yaşamağa dəyər. Onda olan gözəlliklərə görə, sevməyə və sevilməyə görə. Hətta onda olan pisləri tanımağa görə də dəyər.