10/10
·296 syf.··
Beğendi
·
2026 19. kitabı
·
11 günde okudu
·
Okunma: 05 Haziran 2026 08:47
Psixologiya mövzusunda kitablar oxumağı sevdiyim üçün bu kitabı da həvəslə oxudum. Ümumilikdə kitab məndə müsbət təəssürat yaratdı. Mövzuları sadə və anlaşıqlı dillə izah edilir, bu da oxumağı rahatlaşdırır. Həmçinin, kitab beynimdəki müəyyən suallara aydınlıq gətirdi. Bununla yanaşı, mənfi tərəflərindən biri bəzi mövzuların və fikirlərin təkrarlanmasıdır. Buna görə müəyyən hissələrdə məzmun bir qədər uzadılmış təsir bağışlayır. Lakin ümumi olaraq münasibətlər və insan psixologiyası ilə maraqlanan oxucular üçün faydalı və rahat oxunan kitablardan biri hesab edirəm.
Kadınlar Sıcak Erkekler Soğuk SeverEsra Ezmeci · Destek Yayınları · 20214,501 okunma
8/10
·224 syf.··
2026 132. kitabı
Əslində, Dikenin bu kitabına "nihilizm haqqında kitab" demək çox səthi olardı. Mənə görə, bu, nihilizmin özünün etirafnaməsidir. Diken o qədər gözəl tutur ki, müasir insan nəinki Tanrını öldürüb, hətta öz iradəsini də məhv edib. Amma kitabı oxuyub qurtarıb stolu üstünə qoyanda içimdə qəribə bir narazılıq qalır – sanki Diken xəstəliyi əla diaqnoz edir, amma resepti yazmağa qorxur. Diken deyir ki, biz passiv nihilizmlə (yəni "hər şey mənasızdır, elə isə oyna-oyna ye" məntiqi) radikal nihilizm arasında parçalanmışıq. Bu gün səhər yuxudan qalxıb sosial mediaya baxırıq – passiv nihilizm. Görürük ki, hamı əylənir, alış-veriş edir, amma gözləri boşdur. Sonra axşam xəbərlərdə terror aktı, zorakılıq görürük – bu da Dikenin "inkar iradəsi" dediyi radikal reaksiyadır. Bu təsvir mükəmməldir. Mən burada Dikeni alqışlayıram, çünki o, kapitalizmin əyləncə sənayesi ilə siyasi ümidsizlik arasındakı əlaqəni şəffaf açır. Amma narazılığım buradan başlayır. Diken həll olaraq bizə "hadisə" (event), "aqonizm" (mübarizə içindəki birlik) və "antaqonizm" təklif edir. "Yeni bir siyasi subyekt yaranmalıdır" – deyir. Və mən öz-özümə sual verirəm: bu məşhur "hadisə"ni haradan tapaq? Bu gün baş verən bir etiraz hərəkatı götürək – hamısı ya istehlaka udulur, ya da qəddar rejimlər tərəfindən əzilir. Dikenin "subyekt yaratmaq" idealizmi mənə bir az akademik çarəsizlik kimi gəlir. Sanki o, zavodda işləyən işçiyə deyil, öz tələbələrinə – kitablar oxuyub seminar masasında mübahisə edənlərə – müraciət edir. Mən bu məqamda Dikenlə razılaşmıram. Öz baxışımdan deyim ki, nihilizmdən çıxış yolu kollektiv partlayışda deyil, mikro-səviyyədə təkrar məna qurmaqdadır. Diken unudur ki, insan ən çox böyük ideyalar olmadığına görə deyil, məhz gündəliklikdəki rutin üzündən əziyyət çəkir. Mənə görə, nihilizmin əsl
NihilizmBülent Diken · Ayrıntı Yayınları · 201133 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
10/10
·512 syf.··
Beğendi
·
2026 106. kitabı
·
3 günde okudu
·
Okunma: 23 Haziran 2026 00:00
Kitabla tam düşüncələrimi ən sonda yazmaq istəyirəm. Wattpad dən oxuduğum üçün əslində kitablar harda bitir tam bilmirəm. Təqribi bölürəm. Kirabın sonu qorxudur məni
Sarkaç 3Maral Atmaca · Ephesus Yayınları · 202645 okunma
7/10
·423 syf.··
Beğendi
·
2026 105. kitabı
·
4 günde okudu
·
Okunma: 22 Haziran 2026 16:01
Son zamanlar oxuduğum kitablar içində ğn çtini olacağını düşündüm. Çünki ilk 150 səhifə işgəncə kimi gəldi. Ciddi ciddi bir aea yarım buraxmağı belə düşündüm. Amma sonra toparlandı. Maraqlı gəlməyə başladı və özünü oxutdu.
MirasTrisha Sakhlecha · Prime Kitap · 202552 okunma
Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
8/10
·158 syf.··
2026 7. kitabı
·
26 günde okudu
·
Okunma: 08 Haziran 2026 11:01
Bəzən bəzi kitablar süjetindən çox, sənə hiss etdirdikləri ilə yadda qalır. Gənc doktorun anıları mənim üçün belə oldu. Kitab 1916–1918-ci illərdə ucqar kənd xəstəxanasına təyin olunan gənc bir həkimin hekayələrindən ibarətdir. Maraqlısı isə budur ki, əsər tamamilə uydurma deyil. Müəllif Mixail Bulqakov özü tibb təhsili alıb və həmin illərdə kənd həkimi kimi işləyib; kitabdakı hadisələrin çoxu onun şəxsi təcrübələrindən ilhamlanıb. Buna görə də əsərdəki qorxu, çaşqınlıq, özünə inamsızlıq və eyni zamanda məsuliyyət hissi inanılmaz dərəcədə real görünür. Kitabı oxuyarkən ən çox gənc həkimin təşvişi məni təsirləndirdi. O, tez-tez qorxur, səhv etməkdən çəkinir, özünü kifayət qədər yaxşı hesab etmir. Amma bütün bunlara baxmayaraq, yenə də xəstələrinin qarşısında dayanır, əlindən gələni edir və öyrənir. Cəsarətin qorxmamaq deyil, qorxa-qorxa irəliləmək olduğunu göstərir. Məni bu qədər təsirləndirməsinin səbəbi isə budur ki, iş həyatımın ilk illərində mən də özümü belə hiss edirdim. Hər şeydən əmin olmayan, səhv etməkdən qorxan, amma yenə də ən yaxşısını etməyə çalışan biri kimi. Ona görə kitabı oxuyarkən tez-tez düşündüm ki, əslində hamımız bir vaxtlar öz həyatımızın “gənc doktoru” olmuşuq. Bulqakov bu əsərlə təkcə bir həkimin peşəkar inkişafını deyil, insanın öz qorxularıyla üzləşərək böyüməsini də çox səmimi şəkildə göstərib. Və məncə, kitabın illər keçsə də aktual qalmasının səbəbi də məhz budur.
1000Kitap
Genç Bir Doktorun AnılarıMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202332bin okunma