Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

18,6 sm Gönderileri

18,6 sm kitaplarını, 18,6 sm sözleri ve alıntılarını, 18,6 sm yazarlarını, 18,6 sm yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
240 syf.
4/10 puan verdi
·
19 günde okudu
Deməli belə,
Müəllifin bir neçə məqaləsini oxumuşdum, diqqətimi çəkmişdi və kitablarını əldə edib, oxumaq qərarına gəldim. Açığı bəyəndim desəm yalan olar. Başda əyləncəli gəlmişdi, hətta güldüyüm yerləri xatırlayıram amma çox aqresiya var və bir o qədər də yemək Artıq son səhifələri yemək və kafe adlarını keçirdim, çox sıxıcı gəlirdi. Özünə cəmiyyətə, sistemə o qədər aqresiyası var ki, yəni çox təəccüblüdür.
18,6 sm
18,6 smSeymur Baycan · Qanun Nəşriyyatı · 202119 okunma
Onsuz da çox vaxt belə olur. Bir qadınla alınmayanda başqa qadından heyifini alırsan.
Reklam
Bu gün küçələrin doğmalığı, Tanış üzlərin çoxluğu ilə ölçüləcək.
Kitabla, filmlə bəşəriyyətin bütün problemlərini həll edəcəyimizə, insanları dəyişəcəyimizə inanırdıq. Ağır, filtirsiz siqaretlər çəkirdik. Aramızda iki nəfər intihara cəhd etmişdi. Hər birimiz insanların bizi başa düşməməsindən şikayətlər edirdik.
240 syf.
8/10 puan verdi
18,6 sm əsəri skelet - memuar janrındandır. Yazıçı bir çox tanınmış insana diss atır. Onlar içində Hafiz Hacıyev, Hüseynbala Mirələmov və s var. Mənə bəzi diss atmalar xoş gəldi. Yaxşıca ifşa edir bəzilərini. Seymur Baycanın gərçək obrazları Azərbaycanlılara qarşı xoş yanaşma göstərmir. Nofəl adlı obrazı deyir ki, "türk qoşunu səfərə çıxarkən təlxəklər, rəqqqasları, hoqqabazları və s burda qoyublar. Onlarında bir- birilə qaynaşmasından Azərbaycan milləti yaranmışdır". Müəllifin özüdə Azərbaycanlılara yuxarıdan aşağı baxır. Əsəri oxuyarkən Seymur mənə sevimli obrazlarımdan biri olan Holden Kolfidi xatırlatdı. Seymurda Holden kimi bir çox şeydən narazıdır. Əsərin bir yerində Seymurun özüdə Holdenin adını çəkir və onun vəziyyətinə oxşar bir vəziyyətdə olduğunu söyləyir. Türklər demişkən kitabda üçüncü səhifə hadisələrindən bəhs edilir. İsmayıllıda son zəng gününü qeyd edən tələbələr ehtiras gətirən həb atdığı colanı qızlara içirdib iyrənc əməllərini həyata keçirmişdir, barmek işçilərinin bıçaqlanmışdır, döyülmüşdüü və tikintidə işlədilən dəlilərdən biri qucağında uşaqla binadan tullanmışdır. "18,6 sm" əsərini ikinci dəfə oxudum. Seymurun nə seksist olması, nə də ki, Azərbaycanlılar haqqında müsbət düşünməməsi mənim onu bir müəllif kimi sevməyimə əngəl olmur. Düzdür bu əsərdə xoşuma gəlməyən məqamlarla rastlaşdım. Buna baxmayaraq zərrə qədər yazıçıya sevgim azalmadı. Hələdə onu görməkdən ötrü ürəyim gedir. Ya Seymur Azərbaycana gələcək ya da mən onu görmək üçün Gürcüstana səfər edəcəm.
18,6 sm
18,6 smSeymur Baycan · Qanun Nəşriyyatı · 202119 okunma