6 Nömrəli Palata

Anton Çehov

6 Nömrəli Palata Gönderileri

6 Nömrəli Palata kitaplarını, 6 Nömrəli Palata sözleri ve alıntılarını, 6 Nömrəli Palata yazarlarını, 6 Nömrəli Palata yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əgər yatmırsa , deməli, vicdan əzabı çəkir.
Hamısı gec-tez məhv olub gedəcək və özlərindən sonra heç bir iz-əsər buraxmayacaqlar. Əgər milyon il bundan sonra fəzada yer kürəsi yanından bir ruh uçub keçsə, ehtimal ki, yerdə gil və çılpaq qayalarından başqa heç bir şey görməyəcəkdir. Hər şey - mədəniyyət də, əxlaq qanunu da - məhv olub gedəcək və hətta yerində alaq otları da bitməyəcək.
Sayfa 159Kitabı okudu
Reklam
Bəşəriyyət, doğrudan da, öz iztirablarını cürbəcür həb və damcı dərmanları ilə yüngülləşdirməyi öyrənsə, dini və fəlsəfəni də bilmərrə atmış olar.
Sayfa 130Kitabı okudu
Özgənin iztirabına rəsmi, işgüzar bir əlaqə bəsləyən hakim, polis nəfəri kimi adamlar, zaman keçdikcə gördüklərinə o qədər adət edirlər ki, bu, artıq adi bir vərdiş olur və onlar istər-istəməz öz müştərilərinə rəsmi əlaqə bəsləyirlər, həmin adamlar bu cəhətdən həyətarası qoyun və dana kəsən və tökdükləri qanı görməyən mujikdən heç də fərqlənmirlər. Şəxsiyyətə rəhmsiz, formal əlaqə bəsləyəndə isə günahsız adamı bütün əmlakından və hüququndan məhrum edərək, özünü katorqa cəzasına məhkum etmək üçün hakimə yalnız bircə şey lazımdır: vaxt.
Sayfa 123Kitabı okudu
Müdrik ve ya sadəcə düşüncəli,ağıllı adam onunla fərqlənir ki,ağrı-acıya həqarətlə baxır,həmişə razıdır,heç nəyə təəccüblənmir.
Onunla nə barədə danışırsan-danış, tez söhbəti eyni şeyə çevirərdi: şəhər həyatı adamı darıxdırır, cəmiyyət ali məqsədlər ardınca getmir, sönük, mənasız bir həyat sürür, həyatı təcavüzlərlə, qaba əxlaqsızlıqla və ikiüzlülüklə boyayır, alçaq adamlar tox və üst-başlı olduqları halda, namuslu adamlar ac-yalavac dolanırlar; yeni məktəblər açmaq, düzgün bir istiqamət göstərən yerli qəzet, teatr, qiraətxana və ziyalı qüvvələrin birliyi lazımdır, cəmiyyət öz vəziyyətini düşünüb dəhşətə gəlməlidir.
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.