Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Abaddon Gönderileri

Abaddon kitaplarını, Abaddon sözleri ve alıntılarını, Abaddon yazarlarını, Abaddon yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Elə bilirlər ki, mənim kimilərinin çəkmələrinin dabanından öpməklə, onluğa vurduğum hər oxu gətirməklə gözümdə dəyər qazanırlar, ancaq, əksinə, daha da əskilirlər. Mən lələkli insan gördükdə nifrətim bir az da artır, onu sındırmaq, alçaltmaq istəyirəm. Qorxmaz, əyilməz insanın da ətrafımda olmasını istəmirəm. Ancaq xoşum gəlir belələrindən. Onlar məni heyrətə gətirir, onlardan güc alıram. Mənə öz işim üçün lələkli Rey kimiləri lazımdır, mərd insanlar mənə yaramır. Cəsurlar yalnız ilham almaq üçündür. Qurdun qurddan xoşu gələr, ancaq ətrafına çaqqalları yığar. Çünki qurd qurdun köləsi olmaz.
Sayfa 372
384 syf.
8/10 puan verdi
·
Beğendi
·
30 günde okudu
"...Hadisə yerinə ilk çatmış qardanın ifadəsindən: "...Tavanın altı ilə gedən dəmir borulardan iki pişik cəsədi sallanırdı. Pişiklər boğazlarından asılmışdı. Dilləri ağızlarından çölə sallanırdı, gözləri də, az qala, hədəqəsindən çıxacaqdı. Arxa ayaqları möhkəm dartıldığından oynaqdan çıxmışdı. İçəriyə doğru zirzəminin künc tərəfində divara çılpaq qadın cəsədi söykədilmişdi. Biz cəsədi yaxşı görmək üçün fənəri ona doğru yönəltdik. Qadının sifəti tamamilə qana boyanmış, göz qapaqları və alnı şişmiş, suluqlamışdı. Görünür, qatil qurbanının bu yerlərini yandırmışdı. Qaş və kirpikdən əsər-əlamət yox idi. Budlarının dərisi soyulmuş, diz qapaqları qopardılmış, sağ əli biləkdən kəsilmişdi. Cəsəd divara tam söykənməmişdi, sanki onunla divar arasında bir maneə vardı. Yoldaşlarımdan biri yavaşca ona toxunanda cəsəd ağzıüstə yerə gəldi və biz dəhşət içində bu maneənin nə olduğunu gördük. Cəsədin beli yarılmış və oraya biləkdən kəsilmiş insan əli yerləşdirilmişdi..."
Abaddon
Abaddon
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
Reklam
...mən səni niyə bu qədər çox sevirəm?..
Sayfa 383 - Erin ParkerKitabı okudu
-Ola bilsin ki, sən mənim həyatımın ən böyük səhvi olacaqsan, ancaq bunu nə zamansa anlasam belə, peşman olmayacağam. Çünki bu, həyatımda etdiyim ən sevimli xəta olacaq.
Sayfa 382 - Erin ParkerKitabı okudu
-İnsanlara etimad etmək çətin gəlir mənə.
Sayfa 381 - Şon OnilKitabı okudu
-Şon, sən bir xanıma sevgini necə bildirirsən? -Onu sevmək kimi axmaq xəyala düşmüş adamı dostları ilə birgə əzişdirməklə.
Sayfa 381 - QƏSSABIN TÖVBƏSİKitabı okudu
Reklam
Eh, həyat, hər şeyi bu qədər mürəkkəbləşdirməyə məcbur deyildin...
Sayfa 380 - Erin ParkerKitabı okudu
"Gözlənilməz işlərə təsadüf deyirik, halbuki bu sadəcə yolların kəsişməsidir. Hə, həyatı idarə edən də məhz bu təsadüflərdir"...
Sayfa 379 - Şon OnilKitabı okudu
-Kaş ilk yanlış seçim etdiyimiz günə geri dönə biləydik. Kaş bu həyatı bir daha yaşamaq fürsətimiz olaydı... Bunun kimi bir çox "kaş"ları həmişə təəssüflə beynimdən keçirmişəm. Ancaq bu gün burada bir məqamı dərk etdim: o günə min yol geri dönsəydik, yenə də ilk dəfə etdiyimiz seçimi təkrarlayardıq. Bu həyatı min dəfə yaşamaq fürsətimiz olsaydı, yenə də hamısı birinci həyatın təkrarı olacaqdı.
Sayfa 378 - Şon OnilKitabı okudu
Mən bu işdən bir məsələni öyrəndim. İnsanın içində bütün yaradılmış canlılar cəmləşib. Mələkdən tutmuş, yırtıcı heyvana, həşərata qədər. Bunların arasından nə olacağımızı özümüz seçirik və bu seçimimizdə kimsə bizi nəyəsə məcbur edə bilməz.
Sayfa 377 - Şon OnilKitabı okudu
Reklam
Hə, düşmən onun yox olduğunu sandığın anda ən böyük hiyləsi ilə qarşına çıxar. Bu hiylə sənin ən ağrılı və zəif yerinə yönələr.
Sayfa 377 - AbaddonKitabı okudu
İnsan bir yerə çatandan sonra geri dönüşü qeyri-mümkün olur...
Sayfa 377 - AbaddonKitabı okudu
"İnsanın cəmiyyət üçün ən təhlükəli və qorxulu olan yırtıcıya qarşı gördüyü ən ağır tədbir sadəcə onu qanuna təslim etmək olmalıdır!"
Sayfa 374 - Şon OnilKitabı okudu
"İnsan yeganə canlıdır ki, istəsə, mələkdən də üstün olar, istəsə, heyvandan da rəzil. Heyvan və mələk isə heç vaxt dəyişilib başqa birinə çevrilə bilmir"...
Sayfa 374 - NəzərKitabı okudu
Qurdun qurddan xoşu gələr, ancaq ətrafına çaqqalları yığar. Çünki qurd qurdun köləsi olmaz.
Sayfa 373 - AbaddonKitabı okudu
1.325 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.