Puan

8.710 üzerinden
301 kişi
10/10
·384 syf.··
2000 34. kitabı
·
1 saatte okudu
·
Okunma: 01 Ocak 2000 00:00
Harika bir polisiye romanı. Kitabın en güzel yanı neredeyse son 20 sayfaya kadar kimin katil olduğunu asla kestirememeniz. Yazar önce katil olarak birine işaret ederken birkaç sayfa sonra başka birini suçlarken buluyorsunuz kendinizi. İçinde sadece polisiye konuları değil, çok zarif bir şekilde aşk ve duygusallık da işleniyor. İnsanın en büyük düşmanının korkusu olduğuna değinen yazarın bu eseri uzun zamandır okuduğum polisiyeler arasında en etkileyicilerinden biriydi diyebilirim.
Edebiyat
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024764 okunma
10/10
·384 syf.··
Beğendi
·
2023 21. kitabı
·
7 günde okudu
·
Okunma: 09 Kasım 2023 19:12
'Abaddon' Rövşən Abdullaoğlunun oxuduğum ilk kitabıdır. Mən bu kitabı indiyə kimi niyə oxumamışam bilmirəm, çox, çox sevərək oxuduğum bir kitab oldu və hər səhifəsində yeni şeylər öyrəndim. Qatilin tapılması gedişatı bir az yavaş irəliləsə də o müddətdə yazıçı oxuyucunu darıxmağa qoymur maraqlı dialoqları ilə insanın diqqətini cəlb edir. Yazarımızın qələmindən çox razı qaldığım üçün digər kitablarını da oxumağı planlayıram. :) Bu arada, kitab sonunda 'ardı var' cümləsi ilə sona çatır, belə başa düşürəm ki kitabın 2-ci hissəsi də olacaq. Kitabı oxumuş oxucular kitabla bağlı fikirlərini yorumlara yazsalar çox sevinərəm, çünki kitabla bağlı mənə maraqlı gələn bəzi suallar var. :) Xoş Mütaliələr Hər Kəsə!
1000Kitap
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024764 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Sizə 3 sualım var.Biri əxlaqi,biri fəlsəfi,biri də praktiki.
8/10
·408 syf.··
2021 31. kitabı
·
1 saatte okudu
·
Okunma: 27 Ağustos 2021 06:46
Əxlaqi sual:Dəyər verdiyiniz birinin ölümlə üzləşdiyini düşünün.Sizin onu 50% ehtimalla qurtarmaq şansınız var.Digər 50 % ehtimalla hər ikiniz öləcəksiniz.50%ehtimalla ölümü gözə alıb ona yardım mı edərsiniz yoxsa 100% ehtimalla  sadəcə öz sağlığınızı mı qoruyardınız? Fəlsəfi sual:Fədakar insanı qorxunc ölümü gözə alaraq yaxınını qurtarmasına nə vadar edir? Praktiki sual:Siz ölümü gözə alaraq ona kömək edərmiydiniz? Bu əxlaqi və praktiki sualların cavabı əksər insanlar üçün eynidir,ancaq fəlsəfi suala veriləcək cavablar müxtəlifdir. Bu 3 sual forması romandakı Şon Onilin bir qaydasıdır.O müəyyən vəziyyətlərdə qarşılaşdığı insanlara müxtəlif əxlaqi,fəlsəfi və praktiki suallar verir.Məncə biz də həyatımızın müəyyən situasiyalarında vəziyyətə uyğun özümüzə biri əxlaqi,biri fəlsəfi,biri də praktiki olmaqla 3 sual verməliyik. Romanın ümumi təhlili ilə bağlı deyə bilərəm ki,romanın psixoloji və dedektiv qismi yaxşı yazılıb,amma baş qəhrəmanların arasındakı sevgi münasibəti mənə bayağı gəldi.Gözəllik yarışmaları qazanmış,kişilərin baxışları üzərində olan,lakin onların heç birinə baxmayan gözəl qadın Erin və onun vurulduğu lakin başlıqda ona laqeyd olan fədakar amma eqoist,ağıllı lakin öz fikirlərini paylaşmayan,sirli,heçkimə güvənməyən Şon Onil.Bu xarakterləri artıq illərdi görürük,məncə yazar sevgi münasibətini daha fərqli və maraqlı tərzdə yaza bilərdi. Yazar psixoloq olduğu üçün romanın psixologiya ilə bağlı qismi çox dolğun və gözəl yazılmışdır.Dedektiv qismi də psixologiya ilə bağlantılı olduğu üçün yaxşı alınmışdır. Kitabı oxuduqca tez-tez özümə bu sualı verdim:Görəsən mən həmin situasiyada nə edərdim? Rövşən Abdullaoğlu romanlarının ən bəyəndiyim xüsusiyəti kitabda söhbət açılan fəlsəfi-psixoloji məsələlərdir və hər bir romanında fərqli mövzular üzrə fəlsəfi
Roman
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024764 okunma
3/10
·384 syf.··
2025 46. kitabı
Mənim bu kitaba zəif qiymət verməyimin səbəbi odur ki, kitabın da üzərində qeyd olunduğu kimi 3 ayr-ayrı janrı qatıb bir-birinə ancaq bu qarışıq heç də uğurlu alınmayıb. Bir xətlə getsəydi yaxşı bir əsər ola bilərdi. Ancaq zəif əsər olmağına baxmayaraq kitabdan bir neçə qeyd götürmüşəm və burda da paylaşacam.
Edebiyat & Roman
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024764 okunma
8/10
·408 syf.··
Beğendi
·
2023 2. kitabı
·
9 günde okudu
·
Okunma: 18 Ocak 2023 17:40
Qələmini sevdiyim yazarın psixoloji detektiv romanı. Detektiv sevməyən biri olaraq psixoloji tərəfinə daha çox fokuslandım bu kitabda. Açığı yazıçının digər əsərlərinin yanında bu kitab bir qədər zəif qaldı. Ümümi olaraq insanın üzərində yaxşı təəssüratlar yaradır deyə bilərəm. Yazıçının sevdiyim bir tərəfi kitabda keçən məkanları tam təfərrüatı ilə əks etdirməsidir. Bu kitabdakı hadisələr İrlandiyada baş verir. Yazıçı İrlandiyanın qədim tarixindən, abidələrindən, inanclarından, əfsanələrindən geniş bəhs edərək bizi həmin məkana səyahətə aparır. Kitabın mövzusu haqqında yazmaq istəmirəm çünki spoiler vermə ehtimal çoxdur ;) Kitabın psixoloji tərəfinə gəlsək kifayət qədər insana təsir edib düşündürür. Özünlə bağlı bir götür qoy etməyə, düşünməyə vadar edir. Hətta səhvlərini analiz etməyə kömək edir deyə bilərəm. Özüm üçün kiçik bir qeyd: Şon Onil obrazının özünübəyənmişliyi, özündənrazılığı mənə birini xatırlatdı :))
1000Kitap
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024764 okunma