Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

En Yeni Abaddon Yorumları ve İncelemeleri

En Yeni Abaddon sözleri ve alıntılarını, en yeni Abaddon kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.610 üzerinden
221 Kişi · 16 İnceleme
384 syf.
8/10 puan verdi
·
Beğendi
·
30 günde okudu
"...Hadisə yerinə ilk çatmış qardanın ifadəsindən: "...Tavanın altı ilə gedən dəmir borulardan iki pişik cəsədi sallanırdı. Pişiklər boğazlarından asılmışdı. Dilləri ağızlarından çölə sallanırdı, gözləri də, az qala, hədəqəsindən çıxacaqdı. Arxa ayaqları möhkəm dartıldığından oynaqdan çıxmışdı. İçəriyə doğru zirzəminin künc tərəfində divara çılpaq qadın cəsədi söykədilmişdi. Biz cəsədi yaxşı görmək üçün fənəri ona doğru yönəltdik. Qadının sifəti tamamilə qana boyanmış, göz qapaqları və alnı şişmiş, suluqlamışdı. Görünür, qatil qurbanının bu yerlərini yandırmışdı. Qaş və kirpikdən əsər-əlamət yox idi. Budlarının dərisi soyulmuş, diz qapaqları qopardılmış, sağ əli biləkdən kəsilmişdi. Cəsəd divara tam söykənməmişdi, sanki onunla divar arasında bir maneə vardı. Yoldaşlarımdan biri yavaşca ona toxunanda cəsəd ağzıüstə yerə gəldi və biz dəhşət içində bu maneənin nə olduğunu gördük. Cəsədin beli yarılmış və oraya biləkdən kəsilmiş insan əli yerləşdirilmişdi..."
Abaddon
Abaddon
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
·
Puan vermedi
Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. R
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
Reklam
384 syf.
5/10 puan verdi
·
11 günde okudu
Kitab klubu müzakirəsi üçün bu qədər təriflənən yazıçımızın bu qədər sevilmiş əsərini oxuyub qələminə bələd olmaq istədim. Fəqət heyhat! Əvvəlcə əsərin çox bəyənilən dili ilə başlayım. Əsərdən Azərbaycan dilinin lətafətini zərrə qədər ala bilmədim. Bu müəyyən qədər başadüşüləndir. Çünki hadisələr Azərbaycan cəmiyyətində cərəyan etmir. Ancaq yenə
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
'Abaddon' Rövşən Abdullaoğlunun oxuduğum ilk kitabıdır. Mən bu kitabı indiyə kimi niyə oxumamışam bilmirəm, çox, çox sevərək oxuduğum bir kitab oldu və hər səhifəsində yeni şeylər öyrəndim. Qatilin tapılması gedişatı bir az yavaş irəliləsə də o müddətdə yazıçı oxuyucunu darıxmağa qoymur maraqlı dialoqları ilə insanın diqqətini cəlb edir. Yazarımızın qələmindən çox razı qaldığım üçün digər kitablarını da oxumağı planlayıram. :) Bu arada, kitab sonunda 'ardı var' cümləsi ilə sona çatır, belə başa düşürəm ki kitabın 2-ci hissəsi də olacaq. Kitabı oxumuş oxucular kitabla bağlı fikirlərini yorumlara yazsalar çox sevinərəm, çünki kitabla bağlı mənə maraqlı gələn bəzi suallar var. :) Xoş Mütaliələr Hər Kəsə!
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Abaddon kimdir? İlk olaraq sizə onun haqqında danışmaq istəyirəm. "Abaddon" sözü ibrani dilində əzab mənası verir. Yunanca Apollyon adlanır. İncildə onun adı yoxluqla, Müqəddəs Kitabda bəzən cəhənnəmlə, bəzən də ölümlə birgə çəkilir. Əhdi-ətiqdə onun adı cəhənnəmin ən pis yerlərindən birinin adıdır. Mələk, çəyirtkələr kralı olaraq da adlanır, bəzi mənbələrdə İblisə də tabe olmadığı göstərilir. Onun adı həm Xristian, həm də Yəhudi dini kitablarında keçir Bu əsər detektiv, psixoloji roman olaraq yazılıb və oxuduğum ən gözəl kitablardan biridir. Mövzusu: İrlandiyada silsilə qətl hadisələri baş verir. Araşdırmalar zamanı bu qətlləri eyni insanın etdiyi üzə çıxır. Bunun üçün də müstəntiq Şon Onil cinayəti açmaq üçün işə cəlb olunur. Onunla yanaşı psixoloq Erin də bu cinayətləri açmaq, qatilin psixoloji portretini çəkmək üçün təyin olunur. Bəs qatil kim idi? Nə üçün qurbanlar bir-birinə bu qədər bənzəyirdi? Məqsəd nə idi? Əsərdə təkcə bu qətllərdən yox, bu qətllərin psixologiyasından da danışılır və çox maraqlı faktlar üzə çıxır. Mən bu əsəri o qədər maraqla oxudum ki, nə zaman bitdi anlamadım Qeyd edim ki, əsərdə psixoloji gərginlik yaradan səhnələr olduğundan 16 yaşdan aşağı şəxslərə oxumaq tövsiyə edilmir. Hər birinizə xoş mütaliələr, kitabla qalın
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
408 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Qələmini sevdiyim yazarın psixoloji detektiv romanı. Detektiv sevməyən biri olaraq psixoloji tərəfinə daha çox fokuslandım bu kitabda. Açığı yazıçının digər əsərlərinin yanında bu kitab bir qədər zəif qaldı. Ümümi olaraq insanın üzərində yaxşı təəssüratlar yaradır deyə bilərəm. Yazıçının sevdiyim bir tərəfi kitabda keçən məkanları tam təfərrüatı ilə əks etdirməsidir. Bu kitabdakı hadisələr İrlandiyada baş verir. Yazıçı İrlandiyanın qədim tarixindən, abidələrindən, inanclarından, əfsanələrindən geniş bəhs edərək bizi həmin məkana səyahətə aparır. Kitabın mövzusu haqqında yazmaq istəmirəm çünki spoiler vermə ehtimal çoxdur ;) Kitabın psixoloji tərəfinə gəlsək kifayət qədər insana təsir edib düşündürür. Özünlə bağlı bir götür qoy etməyə, düşünməyə vadar edir. Hətta səhvlərini analiz etməyə kömək edir deyə bilərəm. Özüm üçün kiçik bir qeyd: Şon Onil obrazının özünübəyənmişliyi, özündənrazılığı mənə birini xatırlatdı :))
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
Reklam
408 syf.
3/10 puan verdi
"Bu şəhərdə kimsə yoxdur" kitabından başqası yakandır Yazarın sadəcə reklamı güclüdür. Psixoloji bacarığı yox həddindədir. Kitabları ruhlandırmaq yerinə ruhdan salır. Bu kitaba gələndə isə terifləndiyi qədər möhtəşəm ötəsi deyil...
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
408 syf.
10/10 puan verdi
·
1 saatte okudu
Yazardan oxuduğum ikinci roman oldu. Bəyəndimmi? hə, öz də çox! Romanın yazım dili çox fərqli, eyni zamanda cəlbedici idi. İnsanı dayanmadan oxumağa vadar edəcək qədər maraqlı! Hər bir cinayətin incəliklə təsviri, psixoloji hadisələrlə əlaqəsi, üstəlik mifologiya, tarix inteqrasiyası məni bu kitabı oxumağa daha da həvəsləndirdi. Əminliklə bu kitabı hər kəsə məsləhət görürəm, oxusanız həm yeni hekayə ilə, həm də bir sıra maraqlı məlumatlarla tanış ola bilərsiniz. (o qədər maraqlı ki, google axtarışına yazıb məqalələr oxuduğum məlumatlar oldu) 10/10
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
408 syf.
8/10 puan verdi
·
1 saatte okudu
Sizə 3 sualım var.Biri əxlaqi,biri fəlsəfi,biri də praktiki.
Əxlaqi sual:Dəyər verdiyiniz birinin ölümlə üzləşdiyini düşünün.Sizin onu 50% ehtimalla qurtarmaq şansınız var.Digər 50 % ehtimalla hər ikiniz öləcəksiniz.50%ehtimalla ölümü gözə alıb ona yardım mı edərsiniz yoxsa 100% ehtimalla  sadəcə öz sağlığınızı mı qoruyardınız? Fəlsəfi sual:Fədakar insanı qorxunc ölümü gözə alaraq yaxınını qurtarmasına nə
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
408 syf.
8/10 puan verdi
·
6 günde okudu
Psixologiyaya marağınız var, lakin psixoloji kitabları, uzun və sıxıcı bulub onları oxuya bilmirsizsə, oxumaq üçün ən düzgün seçim Rövşən Abdullaoğlunun psixologiyayla geyindirdiyi bədii kitablar olar. Kitab haqqında oxuyarkən ilk bu yazıçının detektiv janrda nə ortaya çıxaracağı maraqlı gəlmişdi. Amma oxuduqca kitaba mənsub olduğu janrdan əlavə olaraq ayrı bir ssenari sütunu salması, və burada dialoqlar və hadisələr arasına yeritdiyi psixoloji söhbətləri görmək temanı aydınlatdı, xoş da gəldi. Əslində elə detektiv sütunda olan sirr də elə bir başa psixologiya ilə bağlı idi, bu haqda çox məlumat verməyəcəm. Ümumiyyətlə bir kitabı mənə sevdirən içindəki sarsıdıcı məqamlarıdır, hansı ki oxuyanda ani titrəmə keçirib, kitabı bir neçə saniyəlik qapayırsan amma ağzını qapaya bilmirsən. Bu kitabda bunu bir neçə yerdə yaşadığıma görə, gönül rahatlığı ilə tövsiyə edirəm. Xoş mütaliələr.
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
Reklam
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
Kitabı çoxdan oxuyub bitirmiş olsam da rəyini indi yazıram. Deməli kitab dedektiv-psixoloji roman janrındadır. Baş qəhrəmanımız Şon Onil öz bölgəsində adını eşitdirmiş profesional dedektivdir. Arthur Conan Doylun Sherlocku ,Agathanın Poirotu necədirsə , Rövşənin Şon Onili də elədir. Bu dedektivimizin gələcəktə başqa məcəralarını da oxumağı çox istiyərəm. Deməli əlimizdə silsilə qətllər var və Şon Onil bir-biri ilə heç bir bağlantısı olmayan və hər biri digərindən qəribə halda işlənmiş cinayətlər üzərində iş aparır. İndiyə qədər çox da fazla cinayət temalı roman oxumamış olsam da ciddən cinayətlərin ayrıntıları çox profesionalca yazılıb. Bu cəhətdən yazarı alqışlayıram. Cinayəti açmaqda Şon Onilə Erin Parker əməkdaşlıq edir. Erin cinayətkarın psixologiyasını anlamaq üzrə bir çox tədqiqatlar aparır. Belə danışanda kitab çox sadə görünür. Adam deyir elə bütün dedektiv kinoları kimidir. Amma inanın oxuyan hərkəsi sonunda məəttəl qoya biləcək məncə. Üstəlik yazarın yazım stili bu kitabda da özünü göstərir, kitabda romantika, psixologiya, dram, hələ Şon Onilin məni güldürən fantastik zarafatları, cinayət, mifologiya, dinlər hər şey birləşib. Bu da bir kitabdan olan gözləntilərinizi kifayət qədər qarşılayar məncə. Fikrimcə Rövşən Abdullaoğlunun yazdığı ən yaxşı əsəri budur. Üstəlik özü də bir dəfə TV'də kitabın 2ci hissəsini yazacağını demişdi. Səbirsizliklə gözləyirəm.
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
384 syf.
9/10 puan verdi
·
Beğendi
Rövşən Abdullaoğlu qələmindən maraqlı faktlarla dolu zövq oxşayan bestseller. İnsan ruhu özündə Şərrin və Xeyrin qığılcımlarını cəmləyir. Biz hansını qidalandırarsaq, həmin tərəf üstün gələr. Abaddon kimdir? Silsilə qətillərin səbəbi nədir? Qurbanlar niyə məhz qadınlardan seçilir? Bütün bu sualların cavabını əsəri oxuduqda tapmaq olar. Əsərdə həm də İrlandiyanın tarixi məkanlarına da səyahət etmiş oluruq. Belə deyim, "Həm ziyarət, həm ticarət" (Ticarətimiz, kitabdan aldığımız yeni məlumatlar olsun.)
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
383 syf.
·
Puan vermedi
Bilirsiniz, bu kitabı oxuyanda nə düşündüm? Deməli, mən bu kitabdan 2 kitab əvvəl Vulf Dornun Psixiatr romanını oxumuşdum. Buradakı Dissosiativ Şəxsiyyət Pozğunluğu məsələsini görəndə Psixiatr romanı yadıma düşdü. O romandakı Ellen Roth da eynən bu vəziyyətə düşmüşdü. İçində başqa şəxsiyyət yaratmışdı, bütün keçmişini unutmuşdu. Bu da uşaqlıqda yaşadığı güclü travma ilə bağlı idi.
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
18 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.