Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məsum Çobanın Hekayəsi

Advent

Gunnar Gunnarsson

Sayfa Sayısına Göre Advent Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Advent sözleri ve alıntılarını, sayfa sayısına göre Advent kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
İnsan övladının bu dünyada həyatı necə idi? Qulluq elə, mükəmməlliyə can at, amma mükəmməl olmamaq, heç zaman başladığın işi bitirməmək. Bütün həyatı da bəraət qazanmağa və gələcəyi gözləməyə həsr et.
O bəzi suallar qarşısında çaşqın vəziyyətdə idi. Sadəcə, bir kəndli, bir əmək adamı idi və bütün həyatı boyunca da belə olmuşdu. Yaxud da daha dəqiq desək, yarı kirayənişin, yarı muzdlu idi. Həqiqətən də onunla bağlı yarımçıq, tam olmayan məqamlar yetərincə idi. Yarı yaxşı, yarı pis, gah elə, gah belə, bəzən insan, bəzən yırtıcı... Bəli, o tam belə biri idi.
Reklam
O öz varlığının istirahət etdiyi yalnızlıqdan qorxur, bu onun öz varlığıdır. O, yoldaşlarının yanında olmamasından qorxur, o, Allah tərəfindən unudulmasından qorxur.
Kiçik komfort odur ki, hər şey qaydasındadırsa o elə burada da lövbər salacaq və burada da basdırılacaq. Və ümidlərdən də yuxarıda harada dünya olsa, harada olsa da, imkan tapan kimi o öz vadisinə, doğma yurduna doğru yollanacaq. Təbii ki, kiminsə ağlından doğma vadisindən başqa bir şey keçə bilməz.
Adam olduğu yerlərə, özünə, kökünə möhkəm bağlı olur, hətta ölümünə və ölümdən sonrakı həyatında da. Və insan övladı həyatın onun əlindən çıxmasından qorxur. Bəli. Həyat... Real şeylərin ən realı, aciz şeylərin ən acizi, əbədi olanların ən əbədisi.
Tənha işıq sanki insan kimidir. O da demək olar ki, şübhə ilə dolu qəlb qədər laqeyddir. Və bu qəlb tənhalığa son qoyan kimi elə qəribə tərzdə dəyişir ki! İnsanlar ora daxil olan kimi!
Reklam
Qaranlığın sehrində birlikdə gəzən insanların bir-birindən necə asılı olması çox qəribədir.
İşığı boş-boş, məqsədsiz yerə yanmağa qoymamaq işığın özü üçün sevgi göstərişidir.
Dağların ortasında balaca, tavanı çökmüş daxmanın içərisində böyük, nəhayətsiz bir gecənin ortasında oturub küləyin uğultusunu dinləyəndə artıq sən hava haqqında ölü və həyatsız bir varlıq kimi düşünməyi tərgidirsən.
İnsan gərək öz narahatlığını digərləri ilə bölüşməsin. Hərənin özünə görə kifayət qədər problemi var
20 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.