Monoqrafiyada ilk dəfə olaraq Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyəti kompleks şəkildə tədqiq olunub.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı neft sənayesinin canlan-masının mədəni və ictimai həyata təsiri, Azərbaycan milyonçuları içərisində öz vətənpərvərliyi, xeyirxahlığı ilə seçilən Ağa Musa Nağı-yevin həyat və fəaliyyətinin çox hissəsi elmi dövriyyəyə ilk dəfə cəlb olunan tarixi sənədlər əsasında öyrənilib. Monoqrafiyada milyonçu-nun keçdiyi keşməkeşli həyat yolu tam şəkildə izlənilir, onun millət yolunda fədakarcasına gördüyü işlər yer alır. Burada həmçinin sovet dövründə milyonçunun nəslinin davamçılarının repressiyalara, sürgün-lərə məruz qalmaları, daim təzyiq altında yaşamaları faktları göstəri-lib. Bu monoqrafiya Azərbaycan tarixinin bütöv bir dövrünə işıq salan sanballı tədqiqat əsəri kimi tarixçilər, ictimai fikri öyrənən tədqiqatçı-lar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.